Icma.az
close
up
RU
Azərbaycanlı futbolçu: “Komanda yoldaşım köynəyi anamın ildönümü münasibətilə hazırlatdırmışdı”

Azərbaycanlı futbolçu: “Komanda yoldaşım köynəyi anamın ildönümü münasibətilə hazırlatdırmışdı”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin üzvü Sevinc Cəfərzadənin “FIFA Tri Nations Women”s Football Series 2025” turnirində Banqladeşlə oyunda vurduğu qoldan sonra nümayiş etdirdiyi könəyi komanda yoldaşı hazırlatdırıb.

Azərbaycan millisinin üzvü Sevinc Cəfərzadə bütün uğurlarını anasına həsr etdiyini bildirib.

“Çox mehriban və diqqətcil komanda yoldaşlarım var. Bir dəfə Manə Mollyeva və Kristina Bakarandze ilə söhbət zamanı anamın ildönümünün yaxınlaşdığını və üzərində “Analar heç vaxt ölmür, sən həmişə qəlbimdəsən!” sözləri yazılan köynək hazırlatdırmaq istədiyimi dedim. Kristina xəbərim olmadan arzumu gerçəkləşdirdi. Bundan yalnız toplanış vaxtı xəbər tutdum. O, mənə “qol vur və bu köynəyi aç” dedi. Allah qismət etdi, qol vurdum və anama həsr etdim. Ümumiyyətlə, bütün uğurlarımı anama həsr edirəm. Vəfatından sonra ruhunu şad etməyə çalışıram. Həyatda ikən özü, vəfatından sonra ruhu daim motiovasiya mənbəyimdir. Qoldan sonra emosiyalarımı cilovlamaq istəsəm də, alınmadı və göz yaşlarımı saxlaya bilmədim. Nə qədər ağır olsa da, toparlanıb oyuna davam etdim”, - deyə o, “Report”a açıqlamasında deyib.

Futbolçu turnirlə bağlı təəssüratlarını da bölüşüb:

“İlk dəfə idi FIFA bayrağı altında təşkil edilən turnirə dəvət aldıq. Bu bizim üçün həm böyük təcrübə, həm də çox maraqlı idi. Hədəfimiz turnirin qalibi olmaq idi və istəyimizə çatdıq. Dörd gün ərzində iki oyun keçirdik və sonda futbol ictimaiyyətimizi, azarkeşlərimizi sevindirə bildik. Turnir çox yaxşı təşkil olunmuşdu. Ümumiyyətlə, qadın futboluna maraq da fərqli idi. Tribunalarda minlərlə azarkeş görmək olardı. Həmçinin medianın diqqəti böyük idi. Bu hal məni çox sevindirdi. Futbolun bəzəyi azarkeşlərdir. Çox istərdim ki, DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində martın 3-də Bakıda qarşılşacağımız Şimali Makedoniya ilə matçda azarkeşlərimiz yanımızda olsunlar, bizi dəstəkləsinlər”.

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi Banqladeşdə keçirilmiş “FIFA Tri Nations Women”s Football Series 2025” turnirinin qalibi adını qazanıb. Komanda Mlayziyanı 2:0, meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Dekabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri