Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Pafos” klubunun UEFA Konfrans Liqası üçün sifariş ərizəsinə daxil edilib. Bu, Mumi Nqamaleunun zədələnərək uzun müddətə sarıdan çıxmasına görə baş verib.
QOL.az Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rikardo Sa Pinto yarışın əsasnaməsindən istifadə edərək, Mumi Nqamaleunun əvəzinə azərbaycanlı hücumçunu seçib.
Kamerunlu cinah oyunçusu zədə səbəbindən qarşıdakı bir neçə ay ərzində yaşıl meydanlardan kənarda qalacaq.
Kipr mətbuatı Məmmədovun indiyədək kifayət qədər oyun vaxtı qazanmaması fonunda bu qərarı maraqlı seçim kimi qiymətləndirib.
Daha əvvəl “Pafos”un avrokuboklar üçün sifariş ərizəsinə Məmmədov və ya Zaqenin daxil ediləcəyi bildirilmişdi. Yekunda seçim azərbaycanlı futbolçunun xeyrinə edilib.
Yeri gəlmişkən, "Pafos" noyabrın 26-da Konfrans Liqasında Danimarkanın "Mityülland" komandasını qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 24 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















