Icma.az
close
up
RU
Azərbaycanlı gənc BBC nin məşhur verilişində 70 min funtluq investisiya təklifi aldı və vəsaitdən imtina etdi MÜSAHİBƏ

Azərbaycanlı gənc BBC nin məşhur verilişində 70 min funtluq investisiya təklifi aldı və vəsaitdən imtina etdi MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 30 yanvar, AZƏRTAC

Azərbaycanlı gənc startapçı Murad Hüseynov öz startapını BBC-nin dörd milyondan çox auditoriyaya malik məşhur “Dragons’ Den” proqramında təqdim edib. Proqram startapçılara biznes ideyalarını beş tanınmış investora təqdim etmək və onlardan investisiya almaq imkanı yaradır.

Murad Hüseynov proqramda təqdim etdiyi mobil tətbiqə görə məşhur investor Stiven Bartlettdən 70 min funt sterlinq məbləğində investisiya təklifi alıb. Həmyerlimiz çəkiliş zamanı bu təklifi qəbul etsə də, sonradan ondan imtina edib. Murad AZƏRTAC-a müsahibəsində bu qərarın səbəblərini də açıqlayıb.

- Neçə ildir Londonda yaşayırsınız və sizi bura gətirən nə olub?

- Mən Azərbaycanda, Bakıda anadan olmuşam. Valideynlərimin hər ikisi də bakılıdır. Amma uşaqlığımın ilk illəri Almaniyanın kiçik bir şəhərində keçib. Altı yaşıma qədər orada böyümüşəm. Daha sonra Londona köçmüşük və həyatımın əsas hissəsi burada keçib.

- Qurduğunuz mobil tətbiq haqqında məlumat verə bilərsiniz?

– “Mosaic Journal” foto-jurnal tətbiqidir. İstifadəçi qeydiyyatdan keçəndə əvvəlcə 365 boş səhifəsi olan bir jurnal alır. Tətbiq vasitəsilə hər gün həyatında dəyər verdiyi bir anı - fotonu tətbiqə yükləyir. Ayda bir dəfə həmin şəkillər çap olunur və istifadəçiyə göndərilir. İl sonunda isə insan həyatının tam bir ilini əhatə edən fiziki fotoalboma sahib olur.

- Bu ideya sizdə necə yarandı? Bu, mərhələli proses idi?

– Bəli, bu, tamamilə mərhələli proses idi. Deyərdim ki, bu ideyanı formalaşdıran iki-üç əsas amil var. Ən önəmlisi isə mənim şəxsi həyat yolumdur. Azərbaycan, Almaniya və London arasında keçən bir həyat. Mən hər zaman hiss etmişəm ki, hər bir insanın həyatı çox zəngindir, amma bu zənginlik sosial mediada əks olunmur. Hamımız valideynlərimizin evində köhnə fotoalbomlara baxmağın nə demək olduğunu bilirik. Mən isə düşündüm ki, 20 ildən sonra uşaqlarıma sadəcə telefonumu, sosial mediamı göstərmək istəmirəm. Elə orada anladım ki, fiziki fotoalbom ideyası üzərində işləmək istəyirəm.

– “Dragons’ Den” hazırda Britaniyada çox populyar verilişdir. Bu verilişə qatılmaq qərarı necə yarandı?

– Mən təxminən bir il əvvəl müraciət etmişdim. Sonra bir gün zəng etdilər və dedilər ki, seçim mərhələsinə dəvət olunursunuz.

– Verilişdə iştirak etməyinizin məqsədi nə idi?

– Düzü, həm investisiya, həm də PR. Biz investisiya və güclü bir “dragon” (proqramda investor belə adlanır - red) istəyirdik, amma bununla yanaşı milyonlarla insanın qarşısına çıxmaq fürsəti idi. Böyük Britaniyada 4,5 milyon insan bu verilişə baxır.

– Verilişə necə hazırlaşdınız?

– Aktyorlarla danışdım ki, fikirlərimi düzgün çatdırım. Stilistlərlə görünüş üzərində işlədim. Biznes mütəxəssisləri biznes planımdakı boşluqları göstərdi. Təxminən bir ay hazırlıq getdi.

– Verilişdə özünüzü Azərbaycanı təmsil edən biri kimi hiss edirdinizmi?

– Tamamilə. Mən bilirdim ki, ölkəmi təmsil edirəm. Onun öhdəliyi var idi.

Həm də bu yola başlayanda çox insan fikirlərşirdi ki, mən bacara bilmərəm. Ancaq indi mənə baxan bütün azərbaycanlılar görəcək ki, kim olmaqlarından asılı olmayaraq onlar da bunu bacara bilərlər.

– Ən çətin sual hansı oldu?

– Münsiflərdəki investor Piter Cones məndən soruşdu ki, “Niyə bu qədər çətin bir iş görürsən?”. Bu sual məni çox düşündürdü. Valideynlərimi xatırladım və başa düşdüm ki, uğur qazanmaq, məni böyütmək üçün sərf etdikləri bütün səylərə görə onlara təşəkkür etməyin bir yoludur.

– Sizə Stiven Bartlett tərəfindən 70 min funt sterlinq investisiya təklifi olundu. Bəs investisiyanı niyə qəbul etmədiniz?

–Verilişi 6 ay əvvəl çəkmişik, ancaq efirə yanvarın 29-da gedib. Mən efirdə Stivenin təklifinə razılaşmışdım, amma onun komandası mənim şirkətimə investisiya ilə bağlı ətraflı yoxlama (due diligence) prosesini başa çatdırana qədər biznesim çox böyüdü. Onlara razılıq verəndə aylıq gəlirimiz 20 min funt sterlinq idi. İndi 50-60 min funt sterlinqə qalxıb. Təzəlikcə də yeni böyük müqavilə bağlamışıq. Ona görə, Stivenin komandası şirkətimlə bağlı araşdırmanı bitirəndə artıq şirkətimin dəyəri çox artmışdı, ona görə də razılaşmadım.

– Verilişin dünən yayımlanmasından sonra nə dəyişdi?

– Satışlarımızda çox kəskin artım oldu. Bizim tətbiq barədə daha çox insan məlumatlı oldu.

– Hazırda istifadəçi sayınız nə qədərdir?

– Rəqəmləri rəsmi paylaşmırıq, amma beşrəqəmlidir.

– Böyümənin əsas çətinliyi nədir?

– Birinci mərhələ pulun olmamasıdır. İkinci isə insanların inanmaması. Özün inanmasan, heç kim inanmaz.

–Yadınızda qalan ən çətin an hansı an idi?

– İlk 500 albom çox baha başa gəlmişdi və qüsurlu çıxmışdı. Onlardan yalnız 250-sini xilas edə bildik və onları satmaq bir il çəkdi. İndi isə eyni miqdarı bir gündə satırıq.

– Qiymətlər necədir?

– Albomun özü 29,99 funt sterlinqdir və onu alan şəxsdə ömürlük qalır. Tətbiq pulsuzdur, ayda 9,99 funt sterlinq qarşılığında 31 foto çap və pulsuz çatdırılma var.

– Bir gündə ən yüksək satışınız nə qədər olub?

– Bir gündə təxminən 37-38 min funt sterlinq gəlirimiz olub. Hələ də buna inana bilmirəm.

– “TikTok”dan istifadə edirsiniz?

– Bəli. 2024-cü ilin oktyabrında bir videomuz viral oldu. Bu, dönüş nöqtəsi idi. Bir gecənin içində 21 ölkədə istifadəçi qazandıq.

– Azərbaycan kimliyiniz sizin indiki bu yerə gəlməyinizə təsir edibmi?

– Yüz faiz. Azərbaycan mədəniyyəti ailə və tarix üzərində qurulub. Mən bu qədər sentimental bir ideyanı başqa cür yarada bilməzdim.

– Rəqəmsal xatirələri fiziki formaya salmaq sizə nə hiss etdirir?

– Açığı, məni ayaqda saxlayan əsas motivasiya budur. Hər gün aldığımız təşəkkür mesajları… İnsanlar yazır ki, bu jurnal sayəsində həyatlarına daha diqqətlə baxmağa başlayıblar.

– Startapınızda neçə nəfər çalışır?

– Layihəyə çoxlu ağıllı və bacarıqlı insanlar toxunub. Brendin qurulması, texnologiyanın yaradılması – bunların hamısında müxtəlif insanlar iştirak edib. Amma dörd il ərzində yeganə tam-ştat çalışan mənəm. Gündə 12 saat, həftədə 7 gün işləyirəm. Amma inanıram ki, bu biznes bir gün “unicorn” ola bilər. Bizə sadəcə bir milyon gündəlik istifadəçi lazımdır.

– Gənc azərbaycanlılara nə məsləhət verərdiniz?

– Bacardığınız qədər çox səhv edin. Yıxılın, qalxın və davam edin.

– Gələcək planlarınız nələrdir?

– “Mosaic”i böyütmək. Yeni “Mosaic Mini”mizi Böyük Britaniya və digər yerlərdə yüzlərlə mağazada satmaq üçün böyük bir pərakəndə satış müqaviləsi üzərində işləyirik.

– Son olaraq, bu biznesi satmaq istəyirsinizmi?

– Bir sitat var: “Bəlkə məqsəd şirkəti bir milyarda satmaq deyil, elə bir şirkət qurmaqdır ki, onu bir milyarda satmaq istəməyəsən”. Mən “Mosaic” ilə məhz bunu etməyə çalışıram.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Liverpul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri