Icma.az
close
up
RU
Azərbaycanlı iş adamı təyyarə qəzasında həlak olan qazaxıstan vətəndaşlarının yaxınlarına ev bağışladı FOTOLAR

Azərbaycanlı iş adamı təyyarə qəzasında həlak olan qazaxıstan vətəndaşlarının yaxınlarına ev bağışladı FOTOLAR

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Aktau şəhərində anılıb. 

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyi və Mangistau vilayətinin Akimatı tərəfindən təşkil edilən tədbirdə Mangistau vilayətinin akimi Nurdaulet Kılıbay, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı, qəza nəticəsində həlak olmuş qazaxıstanlıların ailə üzvləri, Azərbaycan diasporunun nümayəndələri, xilasetmə işlərində iştirak etmiş qurumların təmsilçiləri və Aktau şəhərinin sakinləri iştirak ediblər.

Mangistau vilayətinin akimi Nurdaulet Kılıbay mərasimdə çıxış edərək həlak olanların yaxınlarına başsağlığı verib. Deyib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə təyyarə qəzasının nəticələrinin aradan qaldırılması və səbəblərinin müəyyən edilməsi, zərərçəkənlərə yardım göstərilməsi üçün hökumət komissiyası yaradılıb. Qazaxıstanın səlahiyyətli orqanları, o cümlədən Mangistau vilayətinin Akimatı faciə günlərində bütün zəruri tədbirləri görüb.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoglanov öz növbəsində bildirib ki, faciə hər kəsin qəlbində dərin iz buraxıb.

"Lakin bu hadisə həm də bizi birləşdirdi. Bir daha bütün dünyaya göstərdi ki, biz qardaş xalqlarıq. Bu, sözdə deyil, əməldə də belə oldu. Biz bunu burada, Aktauda öz gözlərimizlə gördük", - deyə diplomat bildirib.

Səfir qəzadan dərhal sonra zəruri tədbirlər görən və zərərçəkmiş sərnişinlərin xilas olunmasında fəal iştirak edən xilasedicilərə, peşəkar tibbi personala, həmçinin bütün Qazaxıstan vətəndaşlarına dərin minnətdarlığını bildirib.

Diplomat Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə səfirlik adından Amil Yusifova təşəkkürnamə təqdim edib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel vurğulayıb ki, bu gün ölkələrimiz arasındakı münasibətlər həqiqətən müttəfiqlik xarakteri alıb. O qeyd edib ki, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən Qazaxıstan və Azərbaycan Türk dünyasının mühüm aktorları, həmçinin Avrasiya nəqliyyat-logistika arxitekturasının əsas həlqələridir.

A.Bayel Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında dostluq və qardaşlığın faciədən sonra daha da möhkəmləndiyinə dair sözlərini xatırladıb. O, bu kontekstdə deyib ki, Qazaxıstan tərəfi azərbaycanlı iş adamı Amil Yusifovun təyyarə qəzasında həlak olanların ailələrinə yardım göstərmək təklifini minnətdarlıqla qəbul edib.

Mərasimdə iş adamı Amil Yusifov Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində beş ikiotaqlı tam təmirli və əşyalı mənzillərin açarlarını qəzada həlak olmuş qazaxıstanlıların yaxınlarına təqdim edib. Bundan əlavə, iş adamı Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya, Aktau şəhərinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri