Icma.az
close
up
RU
Azərbaycanlı jurnalist ruslara şans verdi Görün, nə yazırlar...

Azərbaycanlı jurnalist ruslara şans verdi Görün, nə yazırlar...

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun illərdir Azərbaycandan gedən və xaricdə “siyasi mühacir” statusu ilə yaşayan, Azərbaycana qarşı heç də xoş olmayan mövqe tutan jurnalist Əfqan Muxtarlının sosial şəbəkədə yazdığı status Rusiya mediasında geninə-boluna istifadə edilir.

Axar.az xəbər verir ki, Yekaterinqburqda baş verən olaya öz aləmində “münasibət bildirən” Ə.Muxtarlı “5 soydaşımız qətlə yetirilib, ancaq Rusiya səfirliyi hələ yandırılmayıb. Özünə hörmət qoyan xalqlar o səfirlikdə daşı-daş üstə qoymazdılar” kimi təxribatçı, təhrikçi və bütün insani, etik və əlbəttə ki, beynəlxalq hüquqi yanaşmalara zidd bir status paylaşıb.

Maraqlıdır ki, “Lenta.ru” bu statusu dərhal “görüb” və tirajlayıb, erməni mediası isə rus mediasına istinadla “fürsəti” fövtə verməyib.

Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq ölkədən gedən və Avropada da məhz bu iddia ilə sığınacaq alan bir jurnalist – Əfqan Muxtarlı hansı beynəlxalq dəyərlərə görə bu iddianı irəli sürür ki, “özünə hörmət edən xalq” səfirliyə hücum edərdi? Avropada harda belə bir halla rastlaşıb?

Səfirliyə “məşhur hücum” yalnız 1979-cu ildə İranda olub, hər halda, Əfqan Muxtarlının Avropaya baş alıb getməsindən belə görünür ki, İran xalqını heç də “sivil xalq” saymır – yoxsa, başını götürüb gedəndə İrana üz tutardı.

Digər tərəfdən, ölən 5 nəfər deyil, iki nəfərdir, üstəlik, Azərbaycan vətəndaşları deyillər, Rusiya vətəndaşlarıdır. Buna baxmayaraq, Azərbaycan dövləti də, ictimaiyyəti də bu məsələlərdə həssaslığını nümayiş etdirir və soydaşlarına qarşı bu zorakılığa, qətlə, basqına qarşı əlindən gələni edir.

Əfqan Muxtarlının dediyi kimi, əgər səfirliyə hücum olarsa nə baş verər? SSRİ-ni bərpa etmək üçün bütün hərbi imkanlarını ortaya qoyub, slavyan qardaşlarını ət maşınından keçirən Rusiya kimi hüquqtanımaz bir ölkəyə hərbi zərbə endirmək fürsəti və hüququ vermək kimi bir ideyanı irəli sürməkdə Ə.Muxtarlının marağı nədir? Elə Rusiya bunun arzusunda deyilmi? Azərbaycanlıları vəhşi, hüquqdankənar, kriminal xalq kimi təqdim etməkdən ötrü “səfirliyə hücum”u göydəndüşmə fürsət bilməzmi?

Bir daha: bu statusu Rusiyanın aparıcı media qurumlarından biri necə dərhal görür və tirajlayır? Siz kimlərə işləyirsiniz, hörmətli mühacir həmkarlar?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 İyun 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri