Icma.az
close
up
RU
Azərbaycanlı jurnalist Vardanyana məktub YAZDI

Azərbaycanlı jurnalist Vardanyana məktub YAZDI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vardanyan, sənə məktubu hansı sözlə başlayım, bilmirəm. Salam vermək, hal-əhval tutmaq bizim adətdir.
Sənin halını soruşmaq istəyəndə adamın düşüncəsi quruyur, bu sözü dilinə ala bilmir.
Biz azərbaycanlıların bir adəti də var, kimliyindən asılı olmayaraq həbsdə olana “Allah qapısını açsın” deyərlər. Hətta düşmən olsa belə, bu cümləni deməyi özlərinə borc bilərlər. Bu, bizim xalqın böyüklüyündən, insanı insan kimi görmək bacarığından gəlir.
Amma sənə gələndə o dua dodaqlarda donur, çünki Allahın adını çəkəndə onun yaratdığı bəndədən danışmaq lazımdır.
Sən düşmən olsaydın, səni düşmən kimi qəbul edib yenə də o sözləri deyərdim. Sən insan cilidində canavar vəhşətlisən. İşğalın memarlarındansan, viranəliyin simvolu kimi adını xarabalıqlara yazmısan.
Bilmirəm, yadındadır, ya yox, 44 günlük Vətən müharibəsindən sonra məni X platformanda bloklamışdın. Bəlkə özün etməmişdin, bəlkə sosial medianı idarə edənlər etmişdi, amma mütləq xəbərin vardı.
Çünki sən sualdan qorxurdun. Mən sənə insan, fakt dili ilə suallar verirdim. Sən isə gücün, pulun, manipulyasiyanın dilini bilirdin. Ona görə də həqiqətin səsləndiyi yeri susdurmağa çalışırdın.


İndi isə zamanın məhkəməsində özün kürsüdə oturmusan, etdiklərinin bədəlini ödəyirsən.
Hiss etdinmi, qəbul etdinmi ki, tarix gecikə, ədalət ləngiyə bilər, amma ilahi haqq sonda sözünü deyir...
Məhkəmə prosesində Məhəmməd Füzulidən, Hüseyn Caviddən şeir oxuduğunu eşidəndə içim sızladı. O dahilərin adını ağzına almaq sənin işin deyil.
Onları əvvəlcədən oxumaq lazım idi. Gecdi, Vardanyan... Çox gecdi...
Füzulini oxumaq üçün torpağın fəryadını eşitmək lazımdır. Cavidi anlamaq üçün insanın içindəki iblislə üz-üzə dayanmaq cəsarəti olmalıdır.
Sən isə o dahilərin Vətənini viran edib, sonra onların misralarına sığınmaq istəyirsən. Hiylən keçmir, Vardanyan...
Füzulinin “Padişahi-mülk” qitəsini də oxudunmu, Vardanyan? Orada feodal təfəkkürlü, sərvət hərisli birini gördünmü? Bildinmi ki, o sənsən.
Göstərən saatdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.
Bu misraları oxuyanda anladınmı ki, haqq gələndə nə ləşkər qalır, nə də
kişvər?
Ədalətsiz müharibələrin xoşbəxtlik gətirmədiyini anladınmı? Sənə də gətirmədi, Vardanyan...
Otuz il evimə gedən yolu bağladınız.
Otuz il Kəlbəcərin dağlarına həsrət qaldıq.
Otuz il Şuşanın küçələrində ayaq səslərimiz eşidilmədi.
Otuz il Xankəndidə yad bayraq dalğalandı.
Mən 30 il jurnalist kimi yazırdım, amma içimdə köçkün bir uşağın sızıltısı yaşayırdı.
2020-ci ildə tarix yenidən yazıldı...
Azərbaycan xalqı toparlanaraq öz liderinin başçılığı ilə torpaqlarını işğaldan azad etdi...
Sən və sənin kimilər vaxtında anlamalı idi ki, Azərbaycan xalqı öz torpağını heç vaxt kiməsə hədiyyə etməyəcək.
Bu torpaqlar şəhid qanı ilə yoğrulub, Vardanyan...
Bu torpaq anaların duası ilə qorunub, Vardanyan...
Hüseyn Cavidin “İblis”ini oxudunmu, Vardanyan? Orada müharibəni yaradanın şeytan yox, insanın nəfsi olduğunu gördünmü? “İblis haradadır?” sualına cavab tapdınmı? Bildinmi ki, o iblis sənin içində, tamahında idi...
Bəlkə də indi oxuduğun Füzuli, Cavid sənə gecikmiş peşmanlıq gətirib. Misraların arasında öz adının qara kölgəsini görmüsən. Amma dağıdılmış evlərin divarları şeirlə bərpa olunmur. Yandırılmış məscidlərin minarələrindən azan sitatlarla ucalmır.
Vardanyan, sənə veriləcək cəzanı hüquqşünaslar müəyyən edəcək. Qanun danışacaq, məhkəmə hökm çıxaracaq.
Amma mən sənə tam başqa cür cəza verilməsini istəyirəm.  
Səni və sənin kimi dostlarını azad olunmuş torpaqlara aparmaq lazımdır.
Sizə yandırdığınız evləri göstərmək lazımdır.
Sizi dağıtdığınız qəbirlərin qarşısında dayandırmaq lazımdır.
Sizi külə döndərdiyiniz bir xalqın tarixi-mədəni abidələrinin yerində saxlamaq lazımdır.
Sonra isə sənə və sənin dostlarına Qarabağda, Şərqi Zəngəzurda yenidən qurulan şəhərləri, kəndləri, öz ev-eşiyinə qayıdan azərbaycanlıları göstərmək lazımdır.
Sizə Şuşada çalınan musiqini dinlətmək lazımdır.
Sizə Xankəndidə məktəbə gedən uşaqların sevincini hiss etdirmək lazımdır.
Sizə Kəlbəcərdə evinə qayıdan ailələrin göz yaşını göstərmək lazımdır.
Sizi ömrünüz boyu o torpaqlarda gəzdirmək lazımdır ki, əməlinizlə üz-üzə olasınız. Sizə belə cəza vermək lazımdır.
Dünya dəyişir. Səni qızışdırıb Xankəndiyə yollayanlar indi Ukrayna bataqlıqlarında çabalayır. Siyasətin xəritəsi hər gün yenidən çəkilir.
Ay Vardanyan, kaş “Padişahi-mülk”ü vaxtında oxuyaydın, “İblis”i vaxtında anlayaydın.
Və mən, kəndi otuz il işğal altında qalan, evi yerlə-yeksan edilən bir jurnalist olaraq yazıram. Sənə əvvəl verdiyim suallara indi cavab istəmirəm. Hansı ki, o suallara cavab əvəzinə məni X platformanda bloka atmışdın.


Vardanyan, sənə veriləcək yekun məhkəmə qərarı hələ açıqlanmayıb.
Mənə görə isə bu hökmü artıq tarix verib. O hökm sənin adını viranəliyin simvolu kimi tarixə yazıb.
Tarixin hökmü heç vaxt silinmir.
Yeri gəlmişkən, onu da bil… Bil ki, qondarma “erməni soyqırımı” abidəsi də daha olmayacaq.
Ötən gün İrəvana gələn Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens öz sosial media hesabında o abidə ilə bağlı bir foto paylaşdı.
Sonra o fotonu sildi.
Bunun siyasi mesajını başa düşdünmü, düşmədinsə, mən başa salım..
Yalan üzərində qurulan o abidə də eynilə sənin taleyini yaşayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri