Icma.az
close
up
RU
Azərbaycanlı müğənni həbs edildi

Azərbaycanlı müğənni həbs edildi

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Özünü müğənni kimi təqdim edən Dəniz Əsədova hakim qarşısına çıxarılır. O, dörd nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilir. Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında dörd şikayət daxil olub. İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var.

Məhkəmə vəkillərdən birinin şikayətini təmin edib və Dəniz Əsədova cəzalandırılıb. Onun barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Digər üç nəfərin şikayətləri üzrə məhkəmə araşdırması isə davam edir. Bu gün baş tutmalı olan proses təxirə salınıb. Hakim sonuncu hökmdən apellyasiya şikayəti verilməsi səbəbindən bu prosesləri təxirə salıb.

Vəkil Asim Abbasov işin uzadılmasına görə məhkəməyə etiraz edib.

Qeyd edək ki, D.Əsədova həmin şəxsləri özünə məxsus sosial şəbəkə hesablarında təhqir və təhdid edib. Bu məhkəmə prosesləri uzun müddətdir davam edir və proseslərin uzanmasının bir neçə səbəbi var. Bütün bu səbəblər Dəniz Əsədovadan asılı olub.

O, bir neçə dəfə vəkil dəyişərək işin uzanmasına səbəb olub. Bir neçə dəfə də məhkəmə çağırışlarına məhəl qoymayıb. Binəqədi Rayon Məhkəməsi Əsədova barəsində məhkəməyə gəlmədiyi üçün iki dəfə də axtarış elan edilib. Əsədova sonradan məhkəməyə könüllü getdiyi üçün barəsində axtarış dayandırılıb.

Əsədovanın fəaliyyətində diqqət çəkən bir neçə məqam da var. O, sosial şəbəkə hesablarında daha əvvəl də ayrı-ayrı şəxsləri təhqir etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb. Həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum edilib.

Onun sosial şəbəkə hesablarından prokurorluq əməkdaşlarını, hakimləri və digər hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərini təhdid və təhqir etməsi ilə bağlı bir neçə videogörüntü də var./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri