Azərbaycanlı müğənniyə itlər HÜCUM ÇƏKDİ: Qollarımda, belimdə yaralar var, yerlə sürüdülər
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Müğənni Dilarə Kazımova xoşagəlməz hadisə ilə üzləşib.
Milli.Az-ın məlumatına görə, ifaçı ötən gün itləri ilə gəzinti zamanı yıxılaraq xəsarət alıb. Bu barədə sənətçi Xəzər axşamı verilişində açıqlama verib.
O, bildirib ki, hər biri təxminən 35 kiloqram olan iki iti ilə gəzintidə olarkən heyvanlar nəyəsə reaksiya verib və onu dartıblar. Nəticədə Dilarə tarazlığını itirərək yerə yıxılıb və bir müddət sürüklənib.
Hadisə zamanı müğənninin qolları və bel nahiyəsində xəsarətlər yaranıb, geyindiyi kombinezon isə cırılıb. İfaçı bildirib ki, efirə problemsiz qatılmaq üçün itləri ilə gəzintiyə çıxmayıb.
Dilarə Kazımova həmçinin anasının ona tez-tez xəbərdarlıq etdiyini də qeyd edib. Sənətçinin sözlərinə görə, anası onun bu vəziyyətlərlə üzləşəcəyindən narahat olur. O, deyir ki, "sən itlərin səni şikəst etməsini gözləyirsən".
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Mart 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















