Yaponiya ABŞ ın nüvə silahlarını ölkəsində yerləşdirməsini real saymır
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Yaponiya ABŞ-a məxsus nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsi ehtimalını hazırkı mərhələdə real hesab etmir.
Qaynarinfo xəbər verir ki, Tokio Universitetinin Dövlət Siyasəti Ali Məktəbinin professoru Kazuto Suzuki bu barədə Tokioda xarici jurnalistlər üçün keçirilən brifinqdə danışıb.
Professor bildirib ki, Yaponiyanın nüvə silahlarına dair üç qeyri-nüvə prinsipindən imtina etməsi ehtimalı olduqca aşağıdır. Onun sözlərinə görə, bu prinsiplərin tamamilə ləğvi və ya dəyişdirilməsi hazırda müzakirə mövzusu deyil.
Kazuto Suzuki qeyd edib ki, Yaponiya istənilən halda nüvə silahı istehsal etməmək və ona sahib olmamaq prinsipinə sadiq qalacaq. O, bunun əsas səbəblərindən biri kimi Yaponiyanın nüvə silahlarının döyüş şəraitində tətbiqinin acı nəticələrini yaşamış dünyadakı yeganə ölkə olmasını göstərib.
Professor ABŞ-ın nüvə silahlarının NATO ölkələrindəki birgə nüvə missiyaları modelinə uyğun olaraq Yaponiyada yerləşdirilməsi ideyası ətrafında müzakirələrin aparıldığını da təsdiqləyib. Bununla belə, o, belə bir ssenarinin indiki mərhələdə həyata keçirilməsini təsəvvür etməyin çətin olduğunu vurğulayıb.
Qeyd edək ki, Yaponiyanın üç qeyri-nüvə prinsipi 1960-cı illərin sonlarından qüvvədədir. Həmin prinsiplərə əsasən, ölkə nüvə silahına sahib olmamağı, onu istehsal etməməyi və ərazisinə gətirilməsinə icazə verməməyi öhdəsinə götürüb.
Bu prinsiplər 1967-ci ildə baş nazir Eisaku Sato tərəfindən parlamentdə səsləndirilib, 1971-ci ildə isə Yaponiya parlamenti tərəfindən rəsmən təsdiqlənib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Noyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















