Icma.az
close
up
RU
Azərbaycanlı nazir İsraildə : Kimlərlə görüşüb?

Azərbaycanlı nazir İsraildə : Kimlərlə görüşüb?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsrailə səfəri çərçivəsində Eilat şəhərində fəaliyyət göstərən Milli Akvakultura Mərkəzinin və “Sea‑Novation” İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

“Cebheinfo.az” xəbər verir ki, ilk olaraq Milli Akvakultura Mərkəzinə səfər edən nümayəndə heyətinə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz İsrail hökumətinin Eilat regionu dəniz və səhra məhsullarının istehsalı üzrə ixtisaslaşmış mərkəzə çevirmək strategiyasının tərkib hissəsi kimi yaradılıb. 

Ən müasir biotexnologiyaların tətbiq və nümayiş olunduğu bu Mərkəzin əsas hədəflərindən biri Qırmızı dəniz regionunda unikal dəniz fermalarının yaradılması və akvakultura tədqiqatlarının inkişaf etdirilməsidir. Burada Eilat körfəzinin təbii üstünlüklərindən istifadə etməklə dəniz məhsullarının müasir üsullarla istehsalı həyata keçirilir.

Səfər çərçivəsində Azərbaycan və İsrail arasında akvakultura və aqrar sahədə biotexnologiyaların tətbiqi, mütəxəssis hazırlığı, kadr mübadiləsi və birgə elmi-tədqiqat layihələrinin icrası imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin Eilat regionunda fəaliyyət göstərən “Sea-Novation” İnnovasiya Mərkəzinə baş çəkib. Burada kənd təsərrüfatında innovativ həllərin tətbiqi, Akselerasiya Proqramları çərçivəsində dəstəklənən startaplar və startap ekosisteminin inkişaf mexanizmləri ilə tanışlıq olub. 

Qeyd edilib ki, Mərkəz biotexnologiya, akvakultura və dəniz elmləri sahəsində tədqiqat və təşəbbüsləri dəstəkləməklə yanaşı, Eilat regionunun elmi və texnoloji potensialından səmərəli istifadəyə şərait yaradır. Təqdimatlar zamanı tərəflər innovasiyaların tətbiqi üzrə mümkün əməkdaşlıq istiqamətlərini geniş müzakirə ediblər.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri