Icma.az
close
up
RU
“Azərbaycanlı olduğunu bilmirdim... Nəsimi və Ani işində ŞOK

“Azərbaycanlı olduğunu bilmirdim... Nəsimi və Ani işində ŞOK

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

"O, silahı uşaqlara tuşlayırdı. Mən onun azərbaycanlı olduğunu bilmirdim"

Bunu zərər çəkən kimi tanınmış Ani Avetisyan hərbçimiz Nəsimi Musayev haqda söyləyib. Guya azərbaycanlı hərbçi onun övladlarına atəş açmağı planlaşdırırmış.


Erməni mediası Ani və oğlunun görüntülərini də yayıb. Qadının ayağı və qolu sarıqlı, oğlunun isə bir qolu sarıqlı fotosu yayılıb. Lakin erməni hiyləgərliyi bərq vurur və hərbçimizlə bağlı "ssenari" məntiqə heç cür söykənmir. Çünki qarşı tərəfin dedikləri hətta doğru olsa belə, çox sadə sual yaranır - niyə? Yəni Nəsimi Musayev erməni uşaqlarına və onların anasına atəş açmaqda niyə maraqlı olsun?! Əgər diversiya, xüsusi əməliyyat tapşırığı olsaydı, erməni əsgərini hədəf alardı, daha o qadını və uşaqları nə üçün öldürmək istəsin?

Üstəlik, Nəsimi yolu azıb, erməni tərəfi də təsdiqləyir ki, söhbət qətiyyən əməliyyat tapşırığından getmir. Baş nazir Nikol Paşinyan isə etiraf edib ki, Musayev uzun müddət Ermənistanda saxlanmayacaq. İndi isə yeni yalanlar uydururlar, Ani Avetisyanın dilindən yalan sözlər çıxarırlar ki, guya Nəsimi onun uşaqlarına atəş açmaq istəyib. Niyə, nə üçün? Və Azərbaycan hərbçisi əsla əliyalın, dinc insanı vurmaz, üstəgəl, bir uşaqdırsa...

Avtosfer.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ermənistan əsgərimizi qaytarmağa borcludur.

Onun fikrincə, beynəlxalq konvensiyalar bunu tələb edir. Hüquqşünas bildirib ki, Musayev barəsində açılan cinayət işi formal xarakter daşıyır və hökumət onu Bakıya təhvil verməyə tələsmir: "Çünki məsələnin hüquqi yox, siyasi tərəfi var. Paşinyan yaxşı bilir ki, əsgərimiz cinayət törətməyib. O qadının görüntüləri də şübhə doğurur. Axı heç bir məntiq və əsas yoxdur ki, əsgərimiz onu vurmaq istəsin. Eyni zamanda, mətbuat bəzi xəbərlər yayıb, onların görüşdükləri iddia olunub. Bu halda, müəyyən versiyalar yaranır. Odur ki, bu məsələ Ermənistan gündəmində siyasi problemə çevrilib. Artıq iki yüksək rütbəli şəxs postundan kənarlaşdırılıb. Həmçinin, müxalifət iqtidarı sərhədləri normal qoruya bilməməkdə ittiham edir. Bu mənada, əsgərimizin işi ermənilərin siyasi müzakirəsinə çevrilib. Paşinyanın da çıxışından belə hiss olunur ki, daxili təzyiqləri ram etmək istəyir və bu səbəbdən, bizdən möhlət istəyir. Daha sonra Nəsimi təhvil veriləcək".

Xatırladaq ki, hadisə Zəngəzurun Qarakilsə rayonu, Şaki kəndində baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Oktyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri