Icma.az
close
up
RU
Azərbaycanlı qazi jurnalistlər Türkiyə Qazilər Vəqfində FOTOLAR+VİDEO

Azərbaycanlı qazi jurnalistlər Türkiyə Qazilər Vəqfində FOTOLAR+VİDEO

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazi jurnalistlərimiz Türkiyə səfəri çərçivəsində bu gün Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsini ziyarət ediblər. 

Modern.az xəbər verir ki, qonaqları Vəqfin İdarə Heyətinin üzvü, İstanbul şöbəsinin sədri, qazi Ferhat Koçak qarşılayıb.

Əvvəlcə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə ötən gün şəhidlik zirvəsinə ucalan Türkiyə ordusu mənsubu - baş çavuş Servet Ökkeş Çakırın ailəsinə və yaxınlarına heyət adından başsağlığı verib.

Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi yad olunub.  Görüşdə iki ölkə arasında qardaşlıq münasibətlərindən də söz açılıb. Bəhruz Məmmədzadə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib: "Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Biz iki millət bir dövlətik. Ulu öndərlərimizin bu kəlamları bizim gələcəyimizin xəritəsidir.  Biz hər zaman, hər məsələdə qardaşlarımızın yanındayıq. Bugünkü görüşün bizim üçün çox böyük mənəvi yükü var". 

Ferhat Koçak da öz növbəsində ölkələrimiz arasındakı münasibətləri, əlaqələri yüksək qiymətləndirib, eyni zamanda, qazi jurnalistlərlə görüşdən məmnunluğunu ifadə edib: "Azərbaycan hər zaman yanımızda olub və olacaq. Biz Azərbaycanı ikinci vətənimiz sayırıq. Türkiyə olaraq biz də həmişə qardaşlarımızın yanındayıq. Vətən uğrunda döyüşən qazi jurnalistlərlə görüşdən çox şadıq. Bu cür görüşlərin tez-tez olmasını arzu edirik". 

Daha sonra Türkiyə Qazilər və Şəhid ailələri Vəqfi ilə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Biriliyi arasında münasibətlərin daha da dərinləşməsi, gələcəkdə daha geniş heyətlə görüşlərin olması perspektivi müzakirə edilib. 

Xatırladaq ki, qazi jurnalistlərin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan-ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri