Azərbaycanlı qız əməliyyatdan sonra öldü
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanda azərbaycanlı qız əməliyyatdan sonra ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə paytaxt Tbilisidə yerləşən “Urologiya Mərkəzi”ndə qeydə alınıb.
Məlumata görə, xəstəxanada 23 yaşlı qıza sidik daşı xəstəliyi ilə bağlı lazerlə daşın parçalanması əməliyyatı aparılıb.
Zərərçəkən Alazovlar ailəsi bildirir ki, əməliyyatdan bir gün sonra onun vəziyyəti pisləşib və bir neçə gün sonra həyatını itirib.
Mərhumun yaxınları bildiriblər ki, əvvəlcə onlara əməliyyatın təhlükəli olmadığı və hər şeyin normal keçəcəyi deyilib. Onların sözlərinə görə, əməliyyatdan sonra klinika ilkin olaraq vəziyyətin yaxşı olduğunu bildirib. Lakin daha sonra xəstənin vəziyyəti qəfil ağırlaşıb və başqa xəstəxanaya köçürülüb.
Klinika rəhbəri bildirib ki, nadir rast gəlinən bu ağırlaşmanın dəqiq səbəbi hələ müəyyən edilməyib və hazırda ekspertiza rəyinin nəticələri gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Mart 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















