Azərbaycanlı rejissorun animasiya filimi “TÜRKSOY xüsusi mükafatı”na layiq görülüb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 8 avqust, AZƏRTAC
Qazaxıstanda “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” proqramı çərçivəsində URKER Beynəlxalq Animasiya Film Festivalı keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, festivalın əsas müsabiqə proqramında tanınmış azərbaycanlı rejissoru Məsud Pənahinin “Narqız” animasiya filmi nümayiş olunub və münsiflər heyətinin qərarına əsasən “TÜRKSOY xüsusi mükafatı”na layiq görülüb.
Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Raev “Narqız” filminin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevə təqdim edib. Mükafat Türk dünyasının mədəni irsinə və bədii ifadəsinə göstərilən görkəmli töhfəyə görə təqdim olunub.
Özbəkistan tanınmış rejissoru Mavzur Mahmudovun rəhbərlik etdiyi festivalın münsiflər heyətində Azərbaycan Animasiya Assosiasiyasının üzvü, Türk Animasiya Assosiasiyanın (ATA) sədri, “Plastilin” (Finlandiya) və “Alove” (Azərbaycan) studiyaların direktoru, prodüser Oqtay Yusibov, Türkiyənin “Rafadan Tayfa” serialının rejissoru və prodüseri İsmail Fidan, Qazaxıstan sosial antropoloqu Evfrat B. İmambek və Qırğızıstan rejissoru Kanybek Omurbekov yer alıblar.
Festivalın müsabiqədənkənar proqramında həmçinin rejissor Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmi tamaşaçılara təqdim edilib.
Festivalın təşkilatçıları Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Manqistau vilayəti Akimatı idi. “Yeni türk zamanının animasiyası” şüarı altında keçirilən URKER festivalının gələcəkdə Türk dünyası animasiya mühitində mühüm körpü rolunu oynayacağı gözlənilir.
Qeyd edək ki, avqustun 5–dən 8-dək davam edən festivalın əsas məqsədi görkəmli qazax alim-mifoloq Serikbol Kondıbayın (1968–2004) zəngin irsini tanıtmaq və Türk dünyası ölkələrinin animasiya sənətini bir araya gətirmək olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Avqust 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















