Icma.az
close
up
RU
Azərbaycanlı tədqiqatçı Türkiyədə arxeoloji keramika artefaktlarının təhlili üzrə təcrübə keçib

Azərbaycanlı tədqiqatçı Türkiyədə arxeoloji keramika artefaktlarının təhlili üzrə təcrübə keçib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 iyun, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin əməkdaşı Lola Hüseynova “Arxeologiya sahəsində keramika artefaktlarının təhlili üzrə praktik təcrübə” layihəsi çərçivəsində Türkiyənin Ankara şəhərində yerləşən Hacı Bayram Vəli Universitetinin İncəsənət fakültəsi, Mədəniyyət varlıqlarının konservasiyası və bərpası bölməsinin Tarixi materialların tədqiqi və konservasiyası laboratoriyasında təcrübə keçib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təcrübə proqramı adıçəkilən laboratoriyanın rəhbəri professor Alı Akın Akyolun rəhbərliyi ilə həyata keçirilib. Layihə Azərbaycan Elm Fondunun 2025-ci ildə elan etdiyi 14-cü “Mobillik qrantı” müsabiqəsi (AEF-MOB-14-2025-4(57) çərçivəsində dəstəklənib.

Təcrübə müddətində L. Hüseynova arxeoloji tədqiqatlarda əldə edilən keramika nümunələrinin elmi təhlilində istifadə olunan müasir metod və texnologiyalarla tanış olub. O, petroqrafik analiz, XRF (rentgen flüoresens analiz), SEM-EDS (enerji dispersiv spektroskopiya ilə skan edən elektron mikroskopiya) kimi qabaqcıl analiz üsullarını əyani şəkildə öyrənib. Proqram çərçivəsində o, qədim keramika məmulatlarının xammal mənşəyi və istehsal texnologiyalarının elmi təhlili üzrə nəzəri və praktik biliklərə yiyələnib.

Bir ay davam edən təcrübə müddətində araşdırmaçı Hacı Bayram Vəli Universitetində Tarixi materialların bərpası və konservasiyası laboratoriyası, Ankara Yıldırım Bəyazid Universitetində “SEM-EDX Analiz laboratoriyası və Yer Elmləri Tətbiq və Araşdırma Mərkəzi, Qazi Universiteti Texnologiya fakültəsində Ağac emalı sənaye mühəndisliyi bölümünün (Ağac analizləri laboratoriyası) fəaliyyəti və avadanlıqları ilə tanış olub.

Bundan əlavə, L. Hüseynova Ankara Hacı Bayram Vəli Universiteti İncəsənət fakültəsinin dekanı professor Mehtap Pazarlıoğlu və Hacettepe Universiteti Ədəbiyyat fakültəsinin Antropologiya bölməsi, Fiziki antropologiya departamentinin rəhbəri professor Yılmaz Erdal ilə də görüşlər keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri