Icma.az
close
up
RU
Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan universitetlərinin tələbələrinin kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsi ilə bağlı Türkiyəyə səfəri başa çatıb.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfər Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə ərsəyə gəlib.

Azərbaycanlı tələbələrin və gənc alimlərin Türkiyədə həyata keçirilən nəzəri və praktiki təcrübə mübadiləsi proqramı ölkəmizin kosmik, aerokosmik, aviasiya, süni intellekt, mühəndislik, texnologiya və innovasiya sahələrində insan kapitalının formalaşdırılması və inkişafı baxımından mühüm strateji əhəmiyyət kəsb edir.

Azərbaycanın regionda və dünyada innovasiya sahəsi ilə bağlı inkişafını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyan bu proqramlar gənclərin elmi, praktik, nəzəri biliklərinin artırılmasına, onların kosmik, innovativ, hərbi, müdafiə potensiallı texnologiyalarla tanışlığına dəstək verir.

Tələbə və gənc alimlərimiz də daxil olmaqla ümumilikdə 26 nəfərlik heyətlə edilən səfər çərçivəsində Türkiyənin Bursa, Ankara və İstanbul şəhərlərində nəhəng hərbi, kosmik, texnologiya şirkətləri ilə görüşlər keçirilib, astronavtika, aeronavtika və aviasiya sahəsi üzrə fəaliyyətlərlə əyani tanışlıq imkanı əldə edilib.

Səfərin uğurla yekunlaşması ilə yanaşı, növbəti mərhələdə tələbə və gənc alimlərimizin Türkiyənin tanınmış kosmik və müdafiə sənayesi şirkətlərində uzunmüddətli təcrübə mübadiləsi, müştərək layihələr və proqramlara cəlb olunması planlaşdırılır. Bu strateji yanaşma Azərbaycan və Türkiyə arasında texnoloji sahədə davamlı tərəfdaşlığı möhkəmləndirərək hər iki ölkənin gənc nəslinin gələcəyə hazırlanması baxımımdan mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamətdə atılan addımlar ölkəmizin regionda və dünyada innovativ texnologiyalar sahəsində rəqabət qabiliyyətini daha da artıracaq, gələcək nəsillər üçün yüksək səviyyəli mütəxəssis və mühəndislərin yetişdirilməsini təmin edəcək.

Martın 14-dən 19-dək davam edən proqramda Azərbaycandan KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov, Milli Aviasiya Akademiyasının dekanı Firdovsi Mahmudlu, SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova, Milli Aviasiya Akademiyasının sektor müdiri Rabil Mürsəlov, SABAH qruplarının Tələbə işləri üzrə direktor müavini Sevinc Əliyeva, “Azərkosmos”un İnsan resurslarının idarə edilməsi və sənədləşmə departamentinin direktoru İnarə İbrahimxəlilova iştirak ediblər.

Təcrübə mübadiləsinə Azərbaycanın 14 universitetini təmsil edən tələbələr, gənc alimlər, o cümlədən “Azərkosmos” və “Zəfər” təşkilatının əməkdaşlığı ilə üç şəhid və qazi övladı da cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Mart 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri