Azərbaycanlı tələbə ABŞ də saxlanıldı Tramp hərəkətə keçdi (FOTOLAR)
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
ABŞ-də Kolumbiya Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı Elmina Ağayeva saxlanılıb.
"Unikal" Amerika KİV-lərinə istinadən xəbər verir ki, o və digər dörd tələbə universitetin şəhərciyində Daxili Təhlükəsizlik Departamentinin (DHS) agentləri tərəfindən saxlanılıblar. Məlumata görə, DHS əməkdaşları saxlanılan şəxslərin mənzildə axtarış aparıblar.
Qeyd olunur ki, Elmina Ağayeva saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılıb. Onun azad edilməsində Nyu-York meri Zöhran Məmdani rol oynayıb. Belə ki, mer tələbənin saxlanılmasından bir neçə saat sonra Vaşinqtonda Prezident Donald Trampla görüşü zamanı Ağayevanın azad edilməsini xahiş edib. Məmdani prezidentə və onun aparat rəhbərinə Nyu-Yorkda saxlanılmış daha dörd tələbənin siyahısını da təqdim edərək işlərinə xitam verilməsini istəyib. Daha sonra baş tutan telefon danışığında Tramp Ağayevanın “yaxın zamanda” azad ediləcəyini deyib.
Elmina Ağayevanın sərbəst buraxılma xəbərini universitet rəhbərliyi təsdiqləyib.
Bildirək ki, Azərbaycan vətəndaşı E.Ağayeva Kolumbiya Universitetinində Neyroelm və siyasi elmlər ixtisası üzrə təhsil alır. O sonuncu kurs tələbəsidir. Həmçinin, Ağayeva sosial şəbəkədə populyardır.
Onun hansı səbəbdən saxlanılması isə açıqlanmayıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Fevral 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















