Azərbaycanlı tələbələr Moldovaya buraxılmadı RƏSMİ VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə Azərbaycana qaytarılacaq.
Bizim.Media xəbər verir ki, bunu "Report.az"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır və həmin gənclərə hər bir dəstək göstərilib:
"Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq".
Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, 40-a yaxın azərbaycanlı tələbə Kişineu beynəlxalq hava limanında gözlənilməz problemlə üzləşib. Onların Moldovaya girişlərinə icazə verilməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 Noyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















