Icma.az
close
up
RU
Azərbaycanlı tələbələrin vizaları niyə rədd edilir? İtaliyadan AÇIQLAMA

Azərbaycanlı tələbələrin vizaları niyə rədd edilir? İtaliyadan AÇIQLAMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İtaliya universitetlərindən qəbul alsalar da, tələbə vizası ala bilmədikləri üçün təhsil planlarını təxirə salan azərbaycanlı gənclərin sayı artır. Son aylarda bu istiqamətdə narazılıqların artması viza müraciətlərinin rədd edilməsinin səbəblərini və problemin həlli yollarını gündəmə gətirib.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Karlo Marino bildirib ki, 2026-cı tədris ili üzrə tələbə vizası müraciətlərinin rədd edilmə göstəricisi əvvəlki ildəki 2 faizdən 3,9 faizə yüksəlib:

"Bu artımın arxasında vahid səbəb dayanmır. İtaliyanın viza meyarlarının sərtləşdirilməsi, maliyyə tələblərinin yüksəldilməsi və inzibati prosedurlardakı ləngimələr əsas amillərdir.İtaliyanın Bakıdakı səfirliyinin rəsmi məlumatlarına görə, ümumi viza imtinalarının səviyyəsi nisbətən aşağı olsa da, azərbaycanlı müraciətçilərlə bağlı yoxlamalar sərtləşib. İtaliya tərəfinin bu məsələdə rəsmi mövqeyi birmənalıdır. Səfirlik açıq şəkildə bildirir ki, İtaliya universitetinə qəbul olunmaq viza almaq hüququ vermir. Universitetə qəbul yalnız namizədin akademik tələblərə cavab verdiyini təsdiqləyir. Viza ilə bağlı müstəqil və yekun qərarı isə konsulluq əməkdaşları qəbul edirlər. Onların qiymətləndirməsi müraciətçinin maliyyə imkanlarına, təhsil almaq niyyətinin həqiqiliyinə və təqdim etdiyi sənədlərin uyğunluğuna əsaslanır”.

         

O qeyd edib ki, azərbaycanlı tələbələrin qarşılaşdığı əsas çətinliklərdən biri maliyyə təminatının sübut edilməsidir: 

“2026/2027-ci tədris ili üçün qüvvəyə minən yeni qaydalara əsasən, tələbələr İtaliyada yaşayış xərclərini qarşılamaq üçün ildə 10 179,85 avro vəsaitə çıxış imkanına malik olduqlarını təsdiqləməlidirlər. Bu, əvvəlki təxminən 6 min avroluq hədlə müqayisədə 46 faiz artım deməkdir. Ən vacib məqam vəsaitin yalnız mövcudluğu deyil, onun qanuni mənbədən əldə edilməsi və mənşəyinin izlənilə bilməsidir. Bank hesabına birdəfəlik yatırılan iri məbləğlər və mənbəyi izah olunmayan vəsaitlər etibarlı maliyyə sübutu hesab edilmir. Bir çox hallarda bank çıxarışlarında əks olunan yığımların ailənin bəyan etdiyi gəlirlərlə uyğun gəlməməsi imtinaya səbəb olur. Daşınmaz əmlak və avtomobil kimi aktivlərin təqdim edilməsi də maliyyə təminatını sübut etmək üçün yetərli sayılmır”.

K.Marinonun sözlərinə görə, digər mühüm problem sənədlərin tamlığı və onların “Universitaly” platformasındakı məlumatlarla uyğunluğudur:İ

“İtaliyanın Bakıdakı səfirliyi tələbənin ilkin qeydiyyatını bu portal vasitəsilə tamamlamasını və qeydiyyatın müvafiq universitet tərəfindən təsdiqlənməsini tələb edir. Viza müraciətindəki məlumatlar portalda göstərilən məlumatlarla tam uyğun olmalıdır. Dil sertifikatlarının təqdim edilməməsi, notarial qaydada təsdiqlənmiş sənədlərin lazımi qaydada tərcümə olunmaması, motivasiya məktubunda göstərilən məqsədlə seçilmiş ixtisas arasında məntiqi əlaqənin olmaması da viza müraciətinin rədd edilməsi ilə nəticələnə bilər. Bəzi tələbələr isə İtaliyada yaşayış yerini təsdiq edən etibarlı sənəd və ya minimum 30 min avro təminatlı tibbi sığorta təqdim edə bilmədikləri üçün son mərhələdə problemlə üzləşirlər”.


O bildirib ki, konsulluq orqanları müraciətlərə baxarkən yalnız maliyyə imkanlarını və sənədlərin düzgünlüyünü deyil, həm də miqrasiya risklərini və tələbənin təhsil almaq niyyətinin həqiqiliyini qiymətləndirirlər. Bu baxımdan, namizədin təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmaq niyyəti də nəzərə alınır.

“Əgər namizəd ailə bağları, Azərbaycandakı gələcək karyera imkanları və ya əmlak vəziyyəti kimi amillərlə təhsilini başa vurduqdan sonra ölkəsinə qayıdacağını əsaslandıra bilmirsə, viza almaq riski artır”, – deyə K.Marino diqqətə çatdırıb.

K.Marinonun diqqət çəkdiyi digər məsələ müraciətlərin rəsmiləşdirilməsi üçün tələb olunan vaxtdır: 

“İtaliyada uzunmüddətli milli vizaların rəsmiləşdirilməsi üçün qanunla müəyyən edilmiş müddət 90 gündür. Lakin müraciətlərin çox olduğu dövrlərdə sənədləri təqdim etmək üçün qəbul vaxtının əldə olunması özü bir neçə həftə çəkə bilər. Bir çox azərbaycanlı tələbə viza müraciəti üçün görüş vaxtını yalnız iyul və ya avqust aylarında əldə edə bilir. Bu isə tədris ilinin başlanmasına qədər çox az vaxt qalması deməkdir. Hətta viza müsbət cavablandırılsa belə, tələbə universitetdə qeydiyyat üçün müəyyən edilmiş son tarixi ötürə və nəticədə qəbul hüququnu itirə bilər. İtaliyanın Bakıdakı səfirliyi də belə gecikmələrin tədris ili başladıqdan sonra tələbələr üçün real çətinliklər yaratdığını etiraf edib. Bununla yanaşı, bütün prosedurların qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli olduğunu vurğulayıb. İtaliya ilə Azərbaycan arasında enerji və strateji tərəfdaşlığın dərinləşdiyi bir vaxtda tələbə vizaları ilə bağlı çətinliklər xüsusi diqqət tələb edir. İtaliya Azərbaycanın neft ixrac etdiyi ikinci ən böyük istiqamətdir və iki ölkə arasında yüksək səviyyəli diplomatik təmaslar mütəmadi xarakter daşıyır".

İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti problemin diplomatik səviyyədə həlli üçün bir neçə konkret mexanizmin tətbiqini təklif edib.

Onun fikrincə, ilk növbədə tələbə vizaları üzrə ikitərəfli sürətləndirilmiş prosedur və ya xüsusi dialoq mexanizmi yaradılmalıdır: 

“İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi və İtaliyanın Bakıdakı səfirliyi “Universitaly” portalında qeydiyyatı təsdiqlənmiş tələbələr üçün xüsusi qəbul vaxtları və ya ilkin sənəd yoxlanışı mexanizmi tətbiq edə bilər. Bu, viza tələblərinin yumşaldılması demək deyil. Əksinə, sənədlərin tamlığının əvvəlcədən yoxlanılması texniki səhvlər səbəbindən baş verən imtinaların qarşısını almağa, eyni zamanda müraciətlərin çox olduğu dövrlərdə qəbul vaxtlarının çatışmazlığını aradan qaldırmağa kömək edə bilər”.

Onun digər təklifi akademik sənədlərin və maliyyə təminatının yoxlanılması prosedurlarının sadələşdirilməsi ilə bağlıdır. Marino hesab edir ki, tələbə mobilliyi İtaliya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclaslarında və biznes forumlarında müzakirə mövzularından birinə çevrilə bilər:

“İtaliya Azərbaycanda müəyyən edilmiş banklar tərəfindən verilən təsdiqlənmiş maliyyə arayışlarının xüsusi formalarını tanıya bilər. Bundan başqa, İtaliya universitetləri yüksək nəticə göstərən tələbələrə təqdim etdikləri qismən təqaüdləri təsdiqləyən rəsmi sənədlər verə bilərlər. Belə təqaüdlər tələbələrin maliyyə təminatı tələblərini qarşılamaq üçün nəzərə alına bilər. Bu, ailələrin maliyyə vəziyyətinin qiymətləndirilməsi zamanı yarana biləcək anlaşılmazlıq və yanlış qərar riskini azaldar”.

K.Marinonun diqqət çəkdiyi digər məsələ İtaliyanın Bakıdakı səfirliyinin viza prosedurları ilə bağlı məlumatlandırma işini gücləndirməsidir. O hesab edir ki, maliyyə təminatının hansı metodologiya əsasında qiymətləndirildiyi, sponsorun gəlir və yığımlarının necə nəzərə alındığı barədə daha aydın təlimatlara ehtiyac var.

“ Səfirlik Azərbaycandakı yerli təhsil müəssisələri ilə əməkdaşlıq edərək mütəmadi viza məlumatlandırma görüşləri keçirə və ya müraciətlərin rədd edilməsinin ən çox rast gəlinən səbəbləri barədə təhlillər dərc edə bilər. Bu, tələbələrə sənədlərini təqdim etməzdən əvvəl mümkün problemləri müəyyənləşdirməyə və onların qarşısını almağa imkan verər”, – deyə italiyalı jurnalist vurğulayıb.

O əlavə edib ki, sənədlərin tam olması viza alınacağına zəmanət vermir, lakin natamam və ya şübhə doğuran sənədlərin təqdim edilməsi imtina ilə nəticələnə bilər.

K.Marino sonda bildirib ki, İtaliya universitetlərindən qəbul alan, lakin viza ala bilmədiyi üçün Bakıda qalmaq məcburiyyətində qalan gənclərin əsas ehtiyacı güzəşt deyil, inzibati maneələrin aradan qaldırılmasıdır:

“Əsas məsələ təhsil imkanlarını təhlükə altına qoyan inzibati maneələrin azaldılması və müraciət prosesinin daha proqnozlaşdırıla bilən hala gətirilməsidir. İki ölkə arasında strateji münasibətlərin inkişaf etdiyi bir şəraitdə bu inzibati problemin həlli hər iki tərəfin uzunmüddətli maraqlarına xidmət edir. Bu baxımdan, tələbələrə göstərilən xidmətin yaxşılaşdırılması və viza prosedurunun asanlaşdırılması üçün hökumətlərin məsələyə müdaxilə etməsi, ikitərəfli razılaşmanın əldə olunması məqsədəuyğun olardı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri