Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Azərbaycanlılar ən çox bu xəstəlikdən ölür xəbərdarlıq

Azərbaycanlılar ən çox bu xəstəlikdən ölür xəbərdarlıq

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölümlərin əksəriyyətinin səbəbi niyə qan dövranı sistemi ilə bağlıdır - həkimlərdən çağırış

Ötən il 58909 ölüm faktı qeydə alınıb. Bu, Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” məcmuəsində öz əksini tapıb. Onlardan 32436-ı kişi, 26473-ü qadın olub. Eyni zamanda statistikaya görə, ölümlərin böyük əksəriyyətinin səbəbi qan dövranı sisteminin xəstəlikləri olub. Belə ki, ötən il bu səbəbdən 33289 nəfər vəfat edib.

Qeyd edək ki, qan dövranı pozulduqda orqanizm “aclıqdan” və oksigen çatışmazlığından əziyyət çəkməyə başlayır. Bu isə müxtəlif pozulmaların inkişafına yol açır. Müasir insanların əksəriyyəti kifayət miqdarda təmiz su içmir. Bu isə xroniki susuzlaşmaya səbəb olur. Susuzlaşma nəticəsində qan qatılaşır. Qatı qan orqanizmdə daha çətinliklə dövr edir.

Qanın və damarların təmizlənməsi son zamanlar dəbli mövzuya çevrilib. Hər kəs tutulan damarları açmaq, qan dövranını təmizlətməklə sağlamlıq barədə düşünür. Hətta bunun üçün bəzi üsullar, prosedurlar, dərmanlar, xalq təbabəti üsulları da təklif olunur.

Ancaq statistika həyəcan təbili çalır. Ona görə də əhalinin qan dövranı xəstəlikləri ilə mübarizəsi üçün təxirəsalınmaz addımlar atması qaçılmaz görünür. İnsanlar nə etməlidir? Əhalinin çoxu nə üçün məhz bu xəstəliklərdən həyatını itirir?


Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Ürək-damar xəstəlikləri bütün dünyada ölüm səbəbləri arasında ön sıralarda gedir və bu, yalnız bizim ölkədə deyil, qlobal miqyasda belədir. Halbuki bu sahədə çox ciddi irəliləyişlər var: innovativ tədbirlər görülür, sanballı tədqiqatlar aparılır, yeni dərman preparatları meydana çıxır. Xüsusən də invaziv müalicə metodlarının tətbiqi, ürək-damar xəstəlikləri ilə bağlı əməliyyatların uğurla aparılması mühüm nəticələrdir. Ancaq bütün bunlara baxmayaraq, ürək-damar xəstəliklərindən ölüm halları hələ də ön sıralarda qalır. Xüsusilə qəfil ölümlər daha çox narahatlıq doğurur. Çünki belə hallarda çox vaxt həkim yardımına və təcili tibbi yardıma vaxtında çatmaq olmur, müdaxilə gecikir və pasiyentin həyatını xilas etmək mümkün olmur. Ürək-damar sistemi xəstəliklərində əsasən damarların tıxanması baş verir. Əgər ürəyin özünü qidalandıran damarlar tutulursa, ürək toxumasına qan, onunla birlikdə isə oksigen və qidalı maddələr daxil olmur. Bu, həmin nahiyədə işemiyaya, nekroza - yəni toxuma ölümünə səbəb olur. Nəticədə insan həyatını itirə bilər. Xüsusilə də tıxanma geniş sahəni və daha həssas bölgəni əhatə edirsə, nəticələr daha ağır olur.

Əsas səbəblərdən biri kimi buna Virxov triadası deyilir. Burada üç mexanizm əsas rol oynayır: qanın axınının yavaşlaması, damar divarının hər hansı səbəbdən zədələnməsi, qanın laxtalanmaya meylli olması. Bu üç səbəbdən çıxış etsək, ürək-damar xəstəliklərindən qorunmaq üçün ən vacib amillərdən biri hərəkətdir. Fiziki aktivlik damarların fəaliyyətini birbaşa stimullaşdırır və onların sağlam qalmasına kömək edir. Ürək əzələsini işlədir. Nəticədə qan dövranının sürəti daha adekvat olur, qanın axını normaya uyğunlaşır. Bu səbəbdən də daim vurğulanır ki, ürək xəstəliyi olan insanlara, eləcə də ürək xəstəliklərindən qorunmaq istəyənlərə mütləq şəkildə fiziki hərəkətlilik lazımdır".

Onun fikrincə, üçüncü məsələ qan laxtalanması ilə bağlıdır: “Əlbəttə, həddindən artıq çox su içmək də arzuolunan deyil, amma gündə orta hesabla 2-3 litr təmiz su içmək tövsiyə olunur. Virxov triadasından kənara çıxaraq dördüncü faktora da diqqət etmək lazımdır. Bu da sinir mənşəli spazmlardır. Xüsusən simpatik sinir sisteminin aktivləşməsi nəticəsində damar spazmları yarana bilir. Belə hallarda damar divarının tonusu dəyişir, qan axını zəifləyir, qan çox qısa sürətdə laxtalanır. Stress və əsəbilik nəticəsində damar spazmları daha da güclənir və qapalı bir dairə formalaşır: stress, damar spazmı, qan axınının zəifləməsi, laxtalanma və toxuma ölümü.

Xüsusilə siqaret damar spazmlarına səbəb olan ən ciddi faktorlardan biridir. Bu, təkcə ürək damarlarına deyil, aşağı ətraf damarlarına da təsir edir. Hətta siqaret çəkmək nəticəsində ayaqlarını və barmaqlarını itirən xəstələrlə də rastlaşırıq".

Həkim qeyd edib ki, səhiyyə sistemi də insanların sağlamlığının qorunması istiqamətində mühüm addımlar atmalıdır: “Əslində ölkəmizdə bunun üçün bütün şərait mövcuddur: avadanlıqlar, müasir tibbi mərkəzlər və peşəkar kadrlar. Sadəcə, vətəndaş özü də məsuliyyətli yanaşmalı, həkim-pasiyent dialoqu adekvat olmalıdır. Əgər bu məsələlər kompleks şəkildə həyata keçirilsə, ürək-damar xəstəliklərindən qorunmaq sahəsində ciddi irəliləyişlər əldə etmək mümkündür”. 


Cərrah həkim, professor Adil Qeybulla da mövzu ilə bağlı “Yeni Müsavat”a  şərh verib: “Bu sual bu günün ən aktual məsələlərindən birinə çevrilib. Bütün dünya üzrə demoqrafik fəlakət yaşanır. Bilirik ki, hazırda müxtəlif bölgələrdə müharibələr gedir, insanlar doğma yaşayış yerlərini tərk etməyə məcbur olurlar. Müharibə zamanı aclıq, fəlakət, susuzluq, humanitar böhran, hətta epidemiya təhlükəsi hər zaman mövcud olur. Əsas məsələ odur ki, bu gün dünyada içməli su problemi çox ciddi şəkildə gündəmdədir. Niyə? Çünki dünya əhalisi dayanmadan artır. Bu artım həm faunanı, həm də floranı məhv edir, təbiətə zərbə vurur. İnsanlar artdıqca özlərinə yeni yaşayış şəraiti yaratmağa çalışır və nəticədə təbii tarazlıq pozulur. Məsələn, elə Bakıya nəzər salaq. Təxminən 30-40 il əvvəl Abşeron yarımadasında geniş açıq sahələr vardı. O yerlərdə həm yaşıllıq, həm də heyvanlar vardı. Amma indi demək olar ki, Abşeron yarımadasında bir qarış boş torpaq belə yoxdur. Bütün ərazilər insanlar tərəfindən zəbt edilib, binalar və infrastruktur inşa olunub. Bəs bu heyvanlar harada bəslənməlidir? Axı heyvanlar ekosistemin bir parçasıdır və çox vacib funksiyaları yerinə yetirirlər. Onlar olmasa, ekoloji balans pozulur.

Nəticədə, belə situasiyalarda içməli su problemi və digər ekoloji böhranlar da yaranır. İnsanların sağlamlığı təhlükəyə düşür. Yer kürəsində hər şey insan üçün nəzərdə tutulmuş kimi görünə bilər: insanlar artmalıdır, çoxalmalıdır, hər yeri tutmalıdır. Amma heyvanlar, bitkilər və digər canlılar olmazsa, insanlar necə yaşaya biləcək? Bu səbəbdən məsələ bütün dünyada ciddi şəkildə diqqət mərkəzindədir və hələ də aktual olaraq qalır".

Professor qeyd edib ki, dünyanın qlobal istiləşməsi və istilik tənzimləmə mexanizminin pozulması əlavə problemlərə səbəb olub: “Neftin, qazın və digər yanma məhsullarının atmosferə atılması davam edir. Bu, karbon qazının həddindən artıq toplanmasına səbəb olur və nəticədə atmosferdə istilik qalır, Yer kürəsinin istilik tənzimi pozulur. Bu da ekoloji balansın pozulmasının ciddi səbəblərindən biridir. Əhali artdıqca, qida maddələrinin keyfiyyəti də düşür. Bu gün marketlərdə keyfiyyəti aşağı olan qidalar çoxdur və insanların yediyi qidalar da əsasən bunlardan ibarətdir. Belə vəziyyətdə qan damar xəstəlikləri də artır. Çünki bizim yediklərimiz qanımıza sorulur, qan damarlarının divarında maddələrin yanma məhsulları çökür və nəticədə damarlar daralır. Bu isə insult və infarkt kimi xəstəliklərin vaxtından əvvəl meydana çıxmasına səbəb olur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri