Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Azərbaycanlılar Rusiya bazarlarını tərk edərsə… iqtisadi risk, yoxsa fürsət?

Azərbaycanlılar Rusiya bazarlarını tərk edərsə… iqtisadi risk, yoxsa fürsət?

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiya müxtəlif etnik qrupların bir arada yaşadığı çoxmillətli bir ölkədir. Bu etnik qruplardan biri də azərbaycanlılardır. Rusiya ərazisində çoxsaylı azərbaycanlı icmalarının mövcudluğu, həmçinin onların iqtisadi və sosial həyatdakı rolu böyük əhəmiyyət kəsb edir. Lakin son dövrlərdə azərbaycanlıların Rusiyadakı vəziyyətində müəyyən narahatlıqlar yaranıb. Bu narahatlıqların ən böyüyü azərbaycanlıların sosial və iqtisadi hüquqlarının məhdudlaşdırılması, diskriminasiya və digər çətinliklərlə üzləşmələridir.

Rusiya bazarlarının əsas oyunçuları

Qeyri-rəsmi statistikaya görə, Rusiya ərazisində təxminən 2 milyon Azərbaycan vətəndaşı yaşayır və işləyir. Onlar əsasən Rusiya iqtisadiyyatının qeyri-neft sektorlarında, xüsusən ticarət, inşaat və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. Rusiya İnşaat və Yaşayış Şəraitinin İslahat Komitəsinin məlumatına görə, inşaat sektorunda çalışanların 15 faizi qeyri-ruslardır və onların böyük əksəriyyətini azərbaycanlılar təşkil edir.

Azərbaycanlılar Rusiya bazarında ticarət sahəsində də çox aktivdirlər və onların təmsil olunduğu sektorun  ümumi dövriyyəsi 50 milyard dollara yaxınlaşır. Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarında böyük tələbatla qarşılanır və çoxsaylı azərbaycanlı işçilər bu sektorda işləyirlər.

Bu ölkənin elə bazarı yoxdur ki, orda Azərbaycanda istehsal olunan aqrar məhsula rast gəlinməsin. Elə ruslarin da bizim məhsullarımıza rəğbəti böyükdür. Rusların dadına doymadıqları Azərbaycan məhsulları Rusiya bazarlarında ən çox alınan xarici meyvə-tərəvəzlər sırasındadır.

Azərbaycanlı iş adamı İsgəndər Həsənovun sözlərinə görə, ruslar Azərbaycan istehsalı olan meyvə-tərəvəzin dadına bələddirlər. Onlar Azərbaycan məhsulunu ayırd edə bildikləri üçün başqa ölkələrə məxsus malları Azərbaycan malı adından satmaq çətindir. Azərbaycanda yetişən pomidor, xiyar, alma və nar kimi məhsullar bazarlarda digər ölkələrin məhsullarına nisbətən daha yaxşı satılır.

Əgər azərbaycanlılar kütləvi şəkildə Rusiya bazarlarını tərk edərlərsə, bu proses sadəcə bir icmanın miqrasiyası kimi yox, böyük iqtisadi və sosial nəticələri olan struktur dəyişiklik kimi qiymətləndirilməlidir. Bu addım xüsusən ticarət, kənd təsərrüfatı məhsullarının paylanması və inşaat sahələrinə birbaşa təsir göstərə bilər.

Azərbaycanlılar uzun illərdir ki, Rusiya ticarətində əsas oyunçulardan biridir. Xüsusilə böyük şəhər bazarlarında, topdansatış mərkəzlərində, pərakəndə satış obyektlərində azərbaycanlılar həm satıcı, həm də distribütor kimi geniş yer tutublar. Bu fəaliyyət təkcə Moskva və Sankt-Peterburq kimi iri şəhərlərlə məhdudlaşmır, regional bazarlarda da Azərbaycanın kənd təsərrüfatı məhsulları və azərbaycanlı sahibkarlar mühüm rol oynayırlar.

Rusiya üçün rəqəmlər kiçik görünə bilər, amma təsiri ciddi olacaq

Azərbaycanın Rusiya bazarına ildə 2-3 milyard dollar dəyərində meyvə və tərəvəz göndərir. Bu rəqəm ümumi Rusiya idxalı fonunda böyük görünməsə də, məsələyə spesifik məhsullar və onların keyfiyyəti baxımından yanaşdıqda fərqli mənzərə ortaya çıxır. Pomidor, xiyar, alma, nar, feyxoa kimi Azərbaycan mənşəli məhsulları rus istehlakçısı tanıyır və dəyərləndirir. Təkcə pomidor ixracında Azərbaycanın Rusiya bazarında 30 faizdən çox payı olduğu bildirilir.

Rusiyada alternativ bazarlardan (məsələn, Mərakeş, İran və ya Misir) gələn məhsullar keyfiyyət və dad baxımından Azərbaycan məhsulları ilə eyni səviyyədə qəbul edilmir.

Bir çox topdansatış bazarlarında idarə və tədarük işlərinə məhz Azərbaycan əsilli şəxslər nəzarət edir. Bu sahədə onların illərlə formalaşdırdığı təchizat əlaqələri, sürətli logistika imkanları və müştəri bazası mövcuddur. Onların fəaliyyətinin məhdudlaşdırılması bazarın idarə olunmasında xaosa, ticarət dövriyyəsində geriləməyə səbəb olacaq.

Ruslar üçün Azərbaycan məhsulları artıq "tanış brend" statusundadır. Ticarətçilərin də qeyd etdiyi kimi,  rus alıcılar Azərbaycan meyvə-tərəvəzinin dadını və keyfiyyətini yaxşı tanıyırlar. Bu tələbatı alternativ ölkələrdən gətirilən məhsullarla ödəmək daha yüksək idxal xərclərinə səbəb olacaq, çünki daşıma məsafələri uzanacaq. Eyni zamanda bazarda qiymətlərin artması qaçılmaz olacaq.

Rusiyanın beynəlxalq sanksiyalarla və iqtisadi təcridlə üzləşdiyi bir zamanda bu cür sarsıntıların əvəzini çıxmaq nə maliyyə, nə də vaxt baxımından asan olmayacaq.

Rusiyada qazan, Azərbaycana göndər: nə qədər davam edəcək?

Onsuz da Rusiyada çalışan həmvətənlərimiz əvvəlki kimi qazanmırlar. Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri, inflyasiya və Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər, bu ölkədə vətəndaşların maliyyə vəziyyətini mənfi yöndə təsir edib. Nəticədə, Rusiyada yaşayan və işləyən bir çox miqrantın ölkələrinə göndərdiyi vəsaitlərdə əhəmiyyətli azalmalar baş verib.

Son bir ildə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin səviyyəsi xeyli aşağı düşüb. Qonşu ölkələrə münasibətdə ən böyük azalma Azərbaycana göndərilən pul köçürmələrinin həcminində qeydə alınıb. 2024-cü ildə Azərbaycana 410,7 milyon dollar göndərilib. Bu da bir il əvvəllə müqayisədə yarıbayarı azdır.

Moskvada ticarətlə məşğul olan Siyafər Əhmədov deyir ki bu sahədə vəziyyət 2022-ci ildən sonra pisləşib. Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri və inflyasiya Rusiyadakı vətəndaşların maliyyə vəziyyətini pisləşdirib. Onların alıcılıq qabiliyyətinin aşağı düşməsi, Rusiyada yaşayan və işləyən bir çox azərbaycanlının daha az pul qazanmasına və göndərdikləri pulun həcminin azalmasına səbəb olub.

2021-ci ildə 1 dollar 73-75 rubla dəyişdirilirdi. Sonradan məzənnə 90-100 rubla qədər artdı. 2021-ci ildə Rusiyada işləyən bir çox azərbaycanlılar gəlirlərinin bir hissəsini Azərbaycana göndərərək ailələrinə dəstək olurdular. Lakin 2022-ci ildən sonra qazanc azalıb və gəlirlərinin bir hissəsini itiriblər. 2021-ci ildə 1000 dollar qazanan bir şəxs indi yalnız 500-600 dollar qazana bilir, bu da onların göndərdikləri pulun məbləğinin azalmasına gətirib çıxarır.

Azərbaycan iqtisadiyyatına təsirlər

Azərbaycanlıların kütləvi şəkildə Rusiyadan qayıtması Azərbaycan iqtisadiyyatında da müəyyən dəyişikliklərə səbəb ola bilər. Əgər azərbaycanlılar Rusiya bazarından qayıdarsa, bu, ölkədə məşğulluq məsələsində gərginlik yaradacaq.

Amma Azərbaycanlı iş adamları və ticarətçilər Rusiyadakı təcrübələrini və əlaqələrini istifadə edərək Azərbaycanda daha çox sərmayə qoya bilərlər. Bu da Azərbaycanın ticarət sektorunun genişlənməsinə səbəb ola bilər. Məsələn, Azərbaycanın 2,5 milyard dollar dəyərində qeyri-neft ixracı Rusiyadakı azərbaycanlı biznes sahiblərinin fəaliyyətləri nəticəsində artıb. Onların qayıtması ölkədə iqtisadi fəallığın artmasına və sərmayələrin cəlb olunmasına səbəb ola bilər.

Bu vəziyyət indidən yeni bazarlar axtarmaq məsələsini aktuallaşdırır. Türkiyə, BƏƏ və Çin  hazırda ən optimal bazarlar hesab olunur. Düzdür, ilkin mərhələdə daşımaçılıq sahəsində problemlər yarana bilər. Lakin uzunmüddətli perspektivdə bu ölkəmiz üçün geniş imkanlar yaradır.

Azərbaycanlıların Rusiyanı tərk etməsi hər iki ölkə üçün ciddi təsirlər yarada bilər. Amma Rusiya daha çox itirəcək, çünki onun iqtisadiyyatı çoxsaylı etnik qruplardan asılıdır və azərbaycanlı işçilərin tərk etməsi işçi qüvvəsi çatışmazlığına, ticarət əlaqələrinin zəifləməsinə və sosial gərginliklərə səbəb olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see510

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see330

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see213

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see196

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see157

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see148

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see137

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see131

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see130

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri