Icma.az
close
up
RU
Azərbaycanlıları öldürən mərc oyunları bu “killeri” kimlər göndərib?

Azərbaycanlıları öldürən mərc oyunları bu “killeri” kimlər göndərib?

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hələ uşaqkən bir qohumumuz barədə bu cümləni eşitmişdim:

“O hər şeyini uduzdu”.

Bu cümlənin necə dəhşətli olduğunu o zaman anlamırdım. Amma vaxt keçdikcə hansısa mərc oyununa görə illərlə qazandıqlarını bir göz qırpımında itirməyin faciə olduğunu dərk etdim.

Əvvəllər belə xəbərlərə tez-tez rast gəlmirdik. Amma bu mərc oyunlarının texnoloji vasitələrə inteqrasiya etməsi bu tip xəbərlərin vüsət almasına gətirib çıxardı.

Son iki ay ərzində məşhur mərc oyunu platformalarından birindən nömrəmə gələn mesajları qeyd edirəm:

“Böyük uduşlar, əyləncəli oyunlar, yüksək əmsallar səni gözləyir. Hesabına pul yüklə və elə indi oynamağa başla”.

“Şansını hələ də sınamamısan? Hər aldığın bilet sənə cekpot qazandıra bilər”.

“Yumurta döyüşdürək? Onda gəl yeni yumurta döyüşü oyunumuza bax”.

“Meyvələri nindza kimi dilimləyək?”

Bu cümlələr insanların telefonlarına mesaj şəklində niyə getməlidir?!

Mərc oyunları o qədər vüsət alıb ki, artıq bununla bağlı reabilitasiya mərkəzi yaradılıb. Mərc oyunlarının narkotik vasitə aludəçiliyindən də betər olduğunu deyirlər. Səbəb isə kitabdan, elmdən, texnologiyadan... bütün yaxşı nəsnələrdən daha çox mərc oyunlarının reklam olunmasıdır.

Mərc oyunlarına aludəçilik vüsət alan ölkələr arasında ön sıralarda olmasaq da, bütün imkanını qumarda uduzan, maddi sıxıntısını bir az da qəlizləşdirən, qeyri-müəyyənlikdən mədət uman insanlara ətrafımızda tez-tez rast gəlirik. Bəzən media orqanlarını mənfi başlıqlı və məzmunlu xəbərləri tirajlamaqda, baş vermiş xoşagəlməz hadisələri yayımlayaraq insanların alt şüuruna təsir etməkdə günahlandırırlar. Həmin xəbərlərdə əks olunan hadisələri şərtləndirən amillər barədə isə aparılan müzakirə bir-iki günlük ictimai qınaqla məhdudlaşır, həyəcan təbilinin səsi eşidilən kimi yoxa çıxır.

Fikir vermisinizsə, kütləvi informasiya vasitələrində işıqlandırılan oğurluq, qəsdən adam öldürmə kimi cinayət hallarının səbəblərini təhlil edərkən bəzi cinayətkarların mərc oyunlarından asılılığı və törətdiyi hadisənin başlıca səbəbinin məhz sözügedən amil olması faktı üzə çıxır. Hətta bəzi intihar hadisələrinin kökündə dayanan külli miqdarda borcun məhz qumardan qaynaqlandığı məlum olur.

Ətrafımızda mərc oyunlarının aludəçisinə çevrilən tanışlarımızla mübarizə apardığımız, onları bu əməldən çəkindirməyə çalışdığımız bir dövrdə daha böyük problem meydana çıxıb. Mobil telefona yüklədiyimiz müxtəlif tətbiqi proqramlara daxil olarkən, müxtəlif əməliyyatları yerinə yetirərkən anidən 10-30 saniyə aralığında reklam çarxları nümayiş olunur. Son vaxtlar bu reklamların böyük qismi mərc oyunları haqqındadır. Onlayn mərc saytlarını, həmin saytların mobil tətbiqlərini təbliğ edən belə reklamlar elə bir ssenari əsasında qurulur ki, istər-istəməz səndə maraq yaranır və həmin mobil tətbiqi yükləmək fikrinə düşürsən. Elə olur ki, həmin reklamlar yayımlanmağa başlayan kimi imtina edə bilirsən. Bəzən isə sənə lazım olan əməliyyatın yerinə yetirilməsi üçün o reklamı sona qədər izləməyə məcbur olursan.

Bütün reklam provayderlərində RMG (real money gambling, yəni real pulla qumar - red.) adlı qanunvericilik mövcuddur. Yəni reklam provayderlərinin mərc oyunları üçün nəzərdə tutulmuş xüsusi qanunları var. Yalnız müəyyən ölkələrdə xüsusi qaydalarla mərc oyunlarına dair reklamlar yayımlamaq mümkündür. Reklam provayderlərinin mərc oyunları ilə bağlı reklamların yayımlanmasına icazə verdiyi ölkələr sırasında Azərbaycan mövcud deyil. Bu reklamları idarə edən şəxslər və ya qurumlar reklam provayderlərini manipulyasiya edərək Azərbaycanda bu tip reklamları yayımlayırlar. Hətta demək olar ki, üçüncü tərəf reklam provayderlərində hər hansı bir reklamın yayımlanması üçün ciddi bir qanun, nəzarət yoxdur. Yəni reklamların bizim qaydalara uyğun olub-olmamasını ciddi şəkildə yoxlamırlar, reklamların yayımlanmasını tənzimləmirlər. Buna görə də qumar reklamları rahat idarə olunur.

Bu məsələnin bizdən asılı olmayan tərəfidir. Bəs bizdən asılı olanla niyə bacarmırıq?! Şəhərdə mərc oyunlarını təbliğ edən tablolar da rastımıza çıxır. İndi deyəcəklər, ağlı olan oynamasın. Bəs bu camaatı ağıllandırmaq əvəzinə, dəlinin yadına daş salmaq yolunu seçmişik.

İntihar edən yaşıdlarımızın bu əmələ təhrik edən səbəblərini araşdıranda daşın altından mərc oyunu çıxır. Kim bilir, bəlkə də, mənə göndərilən mesajlar onlara` da göndərilib. Rəsmi şəkildə mərc oyunlarının reklamı məsələsi nəzarətə götürülməlidir. O reklamın qurbanı hər birimizin qardaşımız, qohumumuz, əzizimiz ola bilər.

Hekayə ustası Anton Pavloviç Çexovun "Mərc" hekayəsində qoca bankirlə bir hüquqşünas mərcləşirlər. Qoca bankir 2 milyon pul qoyur ki, hüquqşünas 15 il məhbusluğa dözə bilməz. Hüquqşünas isə əksini iddia edir. Bankir öz-özünə deyinir: "Bu mərc nəyə lazım idi? Hüquqşünas həyatının on beş ilini itirməkdə, mənim isə iki milyonumu çölə atmağımda nə fayda?.. Mənim tərəfimdən bu addım tox adamın şıltaqlığı idi, hüquqşünas tərəfindən isə pula olan adi hərislik..."

Sonda həmin hüquqşünasın pula həris olmadığı məlum olur. Mərcə pul qoyan qoca bankir isə həyatını təlatümlə keçirir, 2 milyonunu itirməsin deyə azadlığa buraxılan kimi hüquqşünası öldürmək fikrinə düşür və vicdan əzabı çəkir.

Vicdan əzabına səbəb olan mərc oyunu killerdir. Bu killerin isə qol-qanadını açan həmin reklamlardır. Bu reklamların kütləviləşməsini arzulayanlar heç vaxt bu Vətəni, xalqı sevə bilməzlər. Çünki böyük qisim mərc oyununun selinə düşüb. Mərc oyunları bu gün azərbaycanlıları qazandırmır, öldürür...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri