Icma.az
close
up
RU
Azərbaycanlıların bu torpaqlara qayıdışı ilə bağlı Birinci Dövlət Proqramı hazırlanıb POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycanlıların bu torpaqlara qayıdışı ilə bağlı Birinci Dövlət Proqramı hazırlanıb POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində ermənilər tərəfindən 30 il işğal altında saxlanılan Azərbaycanın tarixi torpaqları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti sayəsində işğaldan azad olundu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, bu hadisə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün də yeni bir tarixi dövrün başlanğıcını qoydu: "Azərbaycan bu bölgədə legitim güc tətbiq edərək beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş oldu. Bundan sonra qarşıda duran əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərə dəyən ziyanın müəyyənləşdirilməsi, bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, eləcə də azərbaycanlıların həmin torpaqlara qayıdışının təmin olunması idi. Bu məqsədlə 16 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncama əsasən, azərbaycanlıların bu torpaqlara qayıdışı ilə bağlı Birinci Dövlət Proqramı hazırlanıb. Bu proqrama uyğun olaraq ötən dövr ərzində – işğaldan azad olunma tarixindən bu günə qədər – Şuşa, Laçın, Kəlbəcər, Ağdam və digər rayonlarımızda genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilib. Həmin ərazilər demək olar ki, sıfırdan yenidən qurulur. Bu proseslə paralel olaraq bölgənin iqtisadi potensialı üzə çıxarılır, turizm imkanları genişləndirilir, həmçinin uzun illər istismar olunmuş təbii sərvətlər müəyyənləşdirilərək dövlət nəzarətinə götürülür. Prezident İlham Əliyevin mütəmadi olaraq bu bölgələrə səfər etməsi, onların idarə olunması ilə bağlı xüsusi nümayəndəliklərin yaradılması göstərir ki, dövlət bu məsələyə yüksək səviyyədə və həssas yanaşır. Eyni zamanda "Böyük Qayıdış" proqramı çərçivəsində əhalinin həmin ərazilərə yerləşdirilməsi də uğurla davam etdirilir. Bundan əlavə, qeyd etmək lazımdır ki, bu hadisə təkcə ərazi azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşması deməkdir. Azərbaycan öz gücü və siyasəti ilə sübut etdi ki, regionda onun maraqları nəzərə alınmadan heç bir layihə və təşəbbüs uğurla həyata keçirilə bilməz. Prezidentin də dəfələrlə vurğuladığı kimi, regionda baş verən proseslərdə Azərbaycanın maraqları əsas götürülməlidir. Qərb dövlətləri, Rusiya və digər qonşu ölkələrin bölgə ilə bağlı maraqları olsa da, bu maraqlar yalnız Azərbaycanın suveren hüquqları və həyata keçirdiyi siyasət çərçivəsində reallaşa bilər. Əks təqdirdə, həmin planlar sadəcə kağız üzərində qalacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 May 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see261

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see255

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see211

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see154

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see146

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see137

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see137

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see137

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see136

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see135

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see132

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see129

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see126

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see126

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see126

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see125

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri