Icma.az
close
up
RU
Azərbaycanlılarla Tramp arasında gizli görüş: MOSSAD hərəkətə keçdi Nə baş verir?

Azərbaycanlılarla Tramp arasında gizli görüş: MOSSAD hərəkətə keçdi Nə baş verir?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İranda davam edən kütləvi etirazlar fonunda ölkənin gələcəyi ilə bağlı xaricdə də diqqət çəkən məqamlar yaşayır:

Birincisi, ABŞ Prezidenti Donald Tramp mühafizəkar respublikaçı siyasətçi və jurnalist Hyu Hevitlə müsahibəsində Rza Pəhləvi ilə görüşmək ehtimalı haqda suala cavab verib. Tramp bildirib: “Mən onu görmüşəm, yaxşı insana bənzəyir. Ancaq onun bu mərhələdə rəhbərlik üçün doğru insan olduğunu düşünmürəm”.

Tramp İrana kimin rəhbərlik edəcəyinin sonrakı mərhələlərdə müəyyənləşəcəyini də vurğulayıb: “Düşünürəm ki, hamı meydana gəlməlidir və sonra kimin ortaya çıxacağını görəcəyik. Lakin bunun mütləq doğru addım olduğunu düşünmürəm”.

İkincisi, ABŞ-da Cənubi Azərbaycan diasporunun nümayəndələrinin Ağ Evdə Trampın Yaxın Şərq məsələləri üzrə müşaviri və MOSSAD nümayəndələri ilə görüşəcəyi barədə iddialar yayılıb.

Əvvəla, onu qeyd etmək lazımdır ki, “Tramp Rza Pəhləvini dəstəkləmir” demək qüsurlu yanaşmadır. Hyu Hevitlə müsahibəsində dedikləri göstərir ki, əslində ABŞ İrandakı prosesləri izləyir və bütün variantları gözdən keçirir. Yəni Vaşinqton üçün teokratik rejimdəki şəxsin dəyişməsi və ya rejimin dəyişməsi deyil, yeni reallığın ABŞ maraqlarına uyğunluğu önəmlidir. Ona görə Tramp deyir: “Düşünürəm ki, hamı meydana gəlməlidir və sonra kimin ortaya çıxacağını görəcəyik”.

ABŞ-da Cənubi Azərbaycan diasporunun nümayəndələrinin belə bir görüşü barədə iddialar hələlik təsdiqlənməyib və rəsmi açıqlama istisna deyil. Ümumiyyətlə belə görüşlər heç vaxt rəsmi elan olunmur, nə mətbuat açıqlaması, nə də protokolda qeyd edilir. Xüsusilə mövzu İran kimi həssas bir ölkədirsə, proseslər pərdəarxasında gedir.

Burada əsas detal MOSSAD məsələsidir. Təşkilat uzun müddətdir həm Rza Pəhləvi, həm də Cənubi Azərbayandan olan müxalif diaspor nümayəndələri ilə görüşür. Yəni indi ABŞ-ın belə bir görüşün keçirilməsini təşkil etməsi qeyri-adi deyil.

Tehranla bağlı ikili mövqe

Ümumiyyətlə, İsrailin İran siyasəti ABŞ-ın yanaşmasından fundamental şəkildə fərqlənir. ABŞ hazırkı mərhələdə addımlarını ehtiyatla atır, vəziyyətə görə reaksiyalar verir və açıq şəkildə tərəf seçmir. Tel-Əviv isə İran məsələsində çox daha açıq və strateji mövqedədir. İsrail üçün əsas hədəf İrandakı mövcud rejimin devrilməsi və daha nəzarət ediləcək bir qüvvənin hakimiyyətə gətirilməsidir. Hazırda bu, Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ssenarisidir. Belə bir vəziyyət sadəcə rejim dəyişmək istəyi deyil, İsrailin regiondakı təhlükəsizlik və təsir maraqlarını təmin etmək üçün hazırlanmış uzunmüddətli ssenaridir.

Bu kontekstdə Güney Azərbaycan Təl-Əviv üçün strateji əhəmiyyət kəsb edir. İsrail hesab edir ki, yalnız mövcud rejim çöksə və Pəhləvilər hakimiyyətə gəlsə, Güney Azərbaycan cəmiyyəti öz müqəddəratını təyin edə bilər.

İsrailin ssenarisində regionda ideal vəziyyət həm nəzarətli bir İran, həm də onun parçalanmış, daha kiçik və regional təsirə açıq versiyasıdır. Bu ssenari İsrailə həm öz təhlükəsizlik zonalarını yaratmaq, həm də strateji maraqlarını qorumaq imkanı verir.


Turan Rzayev
Globalinfo.az siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri