AzərbaycanRusiya matçı bu səbəbdən LƏĞV EDİLDİ
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Azərbaycan və Rusiya milli komandaları arasında futbol üzrə yoldaşlıq oyunu ilə bağlı danışıqlar dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə “Sport24” vəziyyətlə tanış olan mənbələrə istinadla məlumat yayıb.
İddia olunur ki, Avropa Futbol Assosiasiyaları İttifaqının son iclaslarının birində Rusiya Futbol İttifaqı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndələri oyunun 2025-ci ilin birinci yarısında keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Lakin matçla əlaqədar rəsmi danışıqlar baş tutmayıb. İndi iki ölkə arasında münasibətlərdəki gərginlik səbəbindən mümkün görüş müzakirə edilmir.
"Milli komandalar arasında yoldaşlıq oyunu ilə bağlı rəsmi danışıqlar nəticə verməyib. Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra AFFA mümkün matçla bağlı məsələni müvəqqəti məhdudlaşdırıb”, – deyə vəziyyətlə tanış olan bir neçə mənbə bildirib.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 09 Yanvar 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















