Icma.az
close
up
RU
AzərbaycanRusiya münasibətləri necə olacaq? Moskva təyyarənin qalıqları altında qalır...

AzərbaycanRusiya münasibətləri necə olacaq? Moskva təyyarənin qalıqları altında qalır...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Bakı hazırda Aİ və ABŞ-la soyuq siyasi-diplomatik münasibətlər dövrü yaşayır. Rusiya ilə münasibətlərin kəskinləşməsi bu münasibətləri isidə, Qərbin Azərbaycanla əlaqələrini bərpa edə bilərmi?

Kollektiv Qərb təyyarə qəzasından istifadə edib, Rusiyanı təkləmək fikrinə düşə bilərmi? Müşahidələrə əsaslanıb demək olar ki, Qərb ilk baxışda təyyarə faciəsi mövzusunda bir qədər təmkinli, müşahidəçi kimi davranır. Hətta qızışdırıcı şərhlər, bəyanatlar görünmür. Söhbət rəsmi mövqedən gedir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, baş verən hadisələr və istintaqın ilkin nəticəsindən sonra Rusiyanın sərgilədiyi mövqe təəssüf doğurdu:

“Bu hadisə Rusiyanın mahiyyətinin açılmasında müstəsna rol aldı. Nəhayət, Rusiyanın bizə necə yanaşdığını yaxşı gördük. Bu hadisədən sonra 5-ci kalonun, rusyönümlülərin nüfuzu əhəmiyyətli dərəcədə sarsıldı. Təyyarə qəzası bizim üçün böyük dərs oldu. Millətimiz və dövlətimiz Rusiya ilə münasibətlərə düzəlişlər etməli olduğunu anladı.

Əli Mustafayev

Münasibətlərin bu səviyyədə olması Qərb dövlətlərinin, ABŞ-ın gözündən yayınmır. Bu faciənin miqyasını anlayırlar. Onlar da Azərbaycan-Rusiya münasibətlərinin sərinləməsində maraqlıdırlar”.

Əli Mustafayevin sözlərinə görə, son vaxtlar Rusiya ilə münasibətlərimiz yüksək səviyyədə idi:

“Bu isə Qərb ölkələri, eləcə də qardaş Türkiyə ilə münasibətlərimizə kölgə salırdı. İlk gündən etibarən təyyarənin vurulmasının qəza olmadığı fikrini ortaya qoydular. Lakin bunun qəza olduğu ilə bağlı Qərb mənbələrində ciddi yazılar dərc olundu. Əslində ölkəmizə qarşı təzyiqlərin arxasında da Rusiya ilə münasibətlər dayanır. Yəni bu ölkələr iki tərəfin yaxın münasibət qurmasını istəmir. Elə bundan sonra münasibətlər eyni səviyyədə olmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri