Icma.az
close
up
RU
Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Azərbaycan komandası uğurla çıxış edərək ölkə tarixində ən yüksək nəticəni əldə edib. 

98 ölkədən 300-dən çox məktəblinin iştirak etdiyi olimpiadada Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medallara layiq görülüblər. Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafatla təltif olunub.

Olimpiada çərçivəsində iştirakçılar iki gün ərzində mürəkkəb alqoritmik tapşırıqları həll edərək analitik düşüncə, problem həll etmə və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. Onların təqdim etdikləri həllər 100 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndirilib.

Azərbaycan 1994-cü ildən etibarən Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunur.  Belə ki, məktəblilər 1994–2019-cu illər ərzində ölkəyə beş medal, 2020–2025-ci illərdə isə on bir medal qazandırıblar. Cari ildə əldə edilmiş nailiyyətlər Azərbaycanın bu olimpiadadakı rekord nəticəsi olmaqla yanaşı, iki şagirdin dünya sıralamasında ilk yüzlüyə daxil olması ilə də xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, "Azercell Telekom" MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində artıq səkkiz ildir ki, məktəblilərin beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu təşəbbüs istedadlı gənclərin İT və İKT sahələrində bilik və bacarıqlarının inkişafına, eləcə də onların beynəlxalq müsabiqələrdə uğurlu çıxışlarına töhfə vermək məqsədi daşıyır.

Azercell qalib məktəbliləri təbrik edir, onlara gələcək olimpiadalarda yeni uğurlar arzulayır!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Avqust 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri