Azercell in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
4–6 noyabr 2025-ci il tarixlərində Bakıda “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutub. Ölkədə innovasiya və investisiya ekosisteminin inkişafına daima töhfə verən “Azercell Telekom” MMC tədbirə tərəfdaşlıq edib.
"Unikal" xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda yeni nəsil investorların formalaşdırılması, onların praktiki və nəzəri biliklərinin artırılması, eləcə də ölkədə sağlam investor mədəniyyətinin təşviq edilməsidir. Üçgünlük proqram çərçivəsində iştirakçılar üçün investor təlimləri və İnvestisiya Sammiti təşkil olunub.
"Azercell Telekom"u tədbirdə şirkətin Texnologiya və İnformasiya üzrə Baş direktor Corc Held təmsil edib. C. Held çıxışında "Azercell"in ölkədə startap və innovasiya ekosisteminin inkişafına verdiyi dəstəyin əhəmiyyətindən danışaraq bildirib:
“"Azercell" uzun illərdir Azərbaycanda startap ekosisteminin formalaşması və inkişafına böyük əhəmiyyət verir. Biz inanırıq ki, bu kimi təşəbbüslər ölkənin iqtisadi transformasiyasına və innovasiyaların sürətlənməsinə xidmət edir”.
Tədbirə 500-dən artıq potensial investor qatılıb, onlar hüquqi çərçivələr, risklərin idarə edilməsi, investisiya strategiyaları və portfelin diversifikasiyası kimi mövzularda biliklər əldə ediblər.
Sammit çərçivəsində yerli startapların təqdimat sessiyaları, panel müzakirələr və beynəlxalq ekspertlərin çıxışları baş tutub. Tədbirin sonunda seçilən 5 iştirakçı ABŞ-da keçiriləcək “Silicon Valley Tour” proqramına vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 14 Noyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















