Icma.az
close
up
RU
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan “Starburst” ilə əməkdaşlıq edir

Uzunmüddətli rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən “Azercell Telecom” MMC süni intellekt sahəsində imkanlarını genişləndirmək məqsədilə aparıcı qlobal texnologiya şirkətləri ilə əməkdaşlığını davam etdirir. Bu istiqamətdə şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan “Starburst” ilə əməkdaşlıq edir. Təşəbbüs Azercell-də müasir, süni intellekt əsaslı data ekosisteminin inkişafını sürətləndirərək innovasiyaların daha çevik tətbiqinə və məlumatlara əsaslanan qərarvermənin gücləndirilməsinə xidmət edir.

Bu əməkdaşlıq çərçivəsində Azercell korporativ məlumatların idarə olunmasına yeni yanaşma tətbiq edərək şirkət daxilində vahid data mühiti formalaşdırıb. Platforma əməkdaşlara məlumatları daha səmərəli təhlil etməyə, süni intellekt əsaslı həllər hazırlamağa və innovativ həllər üçün çevik texnoloji baza yaratmağa imkan verir.

Vahid data mühiti biznes və texnologiya komandaları arasında əməkdaşlığı gücləndirir, etibarlı məlumatlara çıxışı asanlaşdırır və analitik prosesləri sürətləndirir. Nəticədə məlumatlara əsaslanan qərarların qəbulu daha operativ olur, əməliyyat səmərəliliyi artır. Platforma eyni zamanda süni intellekt həllərinin müxtəlif biznes proseslərinə və müştəriyönümlü xidmətlərə inteqrasiyasını dəstəkləyir.

Qeyd edək ki, “Starburst” ilə tərəfdaşlıq Azercell-in qlobal texnologiya şirkətləri ilə əməkdaşlığının genişləndirilməsi və süni intellekt sahəsində imkanlarının inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl təşəbbüslərdən biridir. Son illər ərzində şirkət Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri kimi mövqeyini daha da möhkəmləndirib.

Layihənin uğurlu icrası “Starburst” tərəfindən qlobal uğur hekayəsi kimi təqdim olunub. Bununla Azercell-in müasir data platformasının qurulması və süni intellekt sahəsində həyata keçirdiyi transformasiya təşəbbüsləri beynəlxalq texnologiya ictimaiyyətinə təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Avqust 2026 04:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri