Azərenerji Açıq Səhmdar Cəmiyyətində audit zamanı ciddi nöqsanlar aşkarlanıb
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Azərenerji Açıq Səhmdar Cəmiyyəti üzrə dövlət investisiyalarının istifadəsi ilə bağlı aparılmış audit zamanı bir sıra ciddi nöqsanlar aşkarlanıb.
Gununsesi.info-nun xəbərinə görə, yoxlama Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2022–2024-cü illəri əhatə etməklə ümumilikdə 255,8 milyon manatdan çox vəsait üzrə həyata keçirilib.
Audit nəticəsində məlum olub ki, Kiçik Su Elektrik Stansiyaları üzrə layihələr dövlət investisiya proqramına daxil edilməzdən əvvəl zəruri texniki-iqtisadi əsaslandırmalar aparılmayıb.
Nəticədə tikintisi başa çatmış 7 stansiyada istehsal gücündən istifadə 14,7–46% səviyyəsində qalıb ki, bu da gəlirliliyin azalmasına və xərclərin artmasına səbəb olub.
“Ağbulaq”, “Mişni” və “Alxaslı” stansiyaları üzrə layihələrin icrası zamanı smetada nəzərdə tutulmayan işlərin müqavilələrə daxil edilməsi əlavə xərclərə şərait yaradıb. Digər stansiyalar üzrə isə satınalma prosesində iş həcmlərinin düzgün müəyyən edilməməsi və bəzi işlərin dəyərinin əsassız artırılması halları qeydə alınıb.
Audit həmçinin göstərib ki, satınalmalar zamanı sənədləşmə işləri normativ tələblərə uyğun aparılmayıb, bu isə tender komissiyalarının fəaliyyətində və maliyyə idarəetməsində boşluqlara səbəb olub.
Dövlət əmlakının idarə olunması və mühasibat uçotu sahəsində də nöqsanlar aşkar edilib.
Belə ki, bəzi materialların məsul şəxslərə təhvil verilməsi rəsmiləşdirilməyib, aktiv və ehtiyatların uçotu isə bəzi hallarda düzgün aparılmayıb.
Bundan əlavə, 7 Kiçik Su Elektrik Stansiyasının tikintisi başa çatsa da, onların istismara rəsmi qəbulu prosesi tamamlanmayıb.
Hesablama Palatası tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması, stansiyaların səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində müvafiq tövsiyələr verilib.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 22 Aprel 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















