AzerGold Quşçu kəndində infrastrukturun bərpasına dəstək göstərib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonunun Quşçu kənd sakinlərinin müraciəti əsasında kəndin 10 km-lik torpaq örtüklü örüş yolunda bərpa işləri həyata keçirilib.
“AzerGold”dan “APA-Economics”ə verilən məlumata görə, yerli əhalinin gündəlik həyat şəraitinin və kənd təsərrüfatı fəaliyyətlərinin yaxşılaşdırılması məqsədilə görülən işlər çərçivəsində, həmçinin Quşçu–Quytul torpaq yolunda kipləşdirmə, səthin sıyrılması və hamarlaşdırma işləri də yerinə yetirilib.
Ərazidə dağlıq sahələrdən gələn su və sel axınlarının tənzimlənməsi məqsədilə xüsusi suötürücü boruların quraşdırılması təmin olunub. Eyni zamanda, sel sularının zərər vurduğu torpaq sahələrində dolğu materialı ilə bərkitmə və səth düzləndirmə işləri həyata keçirilib.
"AzerGold" QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra olunan bu tədbirlər yerli icmanın rifahına, eləcə də kənd təsərrüfatı infrastrukturunun davamlı inkişafına töhfə vermək məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 26 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















