Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Türkiyənin Afrikada güclənməsi Fransanı narahat edib

Türkiyənin Afrikada güclənməsi Fransanı narahat edib

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Türkiyə ilə Afrika ölkəsi Çad arasında əlaqələrin güclənməsi və müdafiə sahəsində əməkdaşlıq Fransa mediasında narahatlığa səbəb olub. Fransa ordusunun Çaddan çıxmasından sonra Türkiyə PUA-larının bu ölkədəki Faya-Largeau aviabazasına yerləşdirildiyi qeyd edilib.

Türkiyənin Afrikada güclənməsi və Türkiyə-Fransa münasibətlərini politoloqlar “Xalq Cəbhəsi”nə şərh ediblər.

“Bu, Fransanın tutduğu xarici siyasət strategiyasının görünən tərəfidir”

Politoloq Samir Hümbətov söyləyib ki, Türkiyənin son dövrlər Afrika ilə artan əlaqələri Fransanı, Qərbi, müəyyən mənada Çini narahat edir: “Hətta deyərdim ki, Rusiyanı da narahat edir. Türkiyənin Afrika ölkələri ilə iqtisadi, siyasi, hərbi və təhlükəsizlik sahəsində ciddi əlaqələrinin olduğunu Fransa qəbul etmək istəmir. Fransanın əsas niyyət və məqsədi Afrikanı nəzarətdə saxlamaqdır. Amma Türkiyə Afrika ilə bərabərhüquqlu əməkdaşlıq edir. Müəyyən mənada Rusiya da bərabərhüquqlu əməkdaşlıq edir. Fransa isə siyasətini müstəmləkə siyasəti üzərində formalaşdırır. Ona görə də hesab edirəm ki, indiki halda Fransanın Türkiyə ilə münasibətləri, əlbəttə, kəskin ola bilər. Fransa uydurma erməni soyqırımını qəbul etməklə Türkiyə ilə münasibətlərə də ciddi zərbə vurub. Yəni bu, əzəli düşmənçilik mövqeyi olub. Bu gün də Fransa bu mövqelərini davam etdirirlər. Düşünürəm ki, bu, təkcə Afrika məsələsi deyil. Ümumilikdə Fransanın tutduğu xarici siyasət strategiyasının görünən tərəfidir”.

“Fransa həmin maraqların qarşısında aciz vəziyyətdə qalacaq”

Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov qeyd edib ki, Fransa özünün arxa bağçası kimi baxdığı Afrika qitəsində Türkiyənin güclənən nüfuzu və böyüyən maraqları ilə qarşılaşır: “Bu, qlobal tendensiyalarda, dünya siyasi mexanizmləri üzərində təsirlərdə rolu azalan Fransa üçün əlavə problemlər deməkdir. Türkiyə Afrika qitəsində Fransanın nüfuzunun zəifləməsi fonunda müdafiə, təhlükəsizlik, iqtisadiyyat və təhsil sahələrində böyük strateji irəliləyişlər əldə edir. Bunun davamı olaraq Türkiyə ilə Fransanın Afrikada birbaşa toqquşma ehtimalları istisna olsa da, gələcək rəqabət müstəvisində onlar bir-biriləri ilə mübarizə aparacaq. Bununla belə Fransa hələ də Afrikada öz təsirlərini tamamilə itirməyib. Hərçənd ki, proseslər Fransanın Afrikadan sürətli bir şəkildə çıxarılmasına hesablanmış addımların bir kodeksidir. Bu baxımdan hesab edirəm ki, Türkiyənin Yaxın Şərqdə nüfuzunun yüksəlməsi onun Afrikadakı maraqlarına da ciddi təsir edəcək və Fransa həmin maraqların qarşısında aciz vəziyyətdə qalacaq”.

“Fransa təklənən tərəf kimi ortada qalıb”

Siyasi şərhçi həmçinin bildirib ki, Türkiyənin Afrikada rəqabəti təkcə Fransa ilə deyil, Rusiya və digər oyunçularla da toqquşur. STM əməkdaşı Çin faktoruna da diqqət çəkib: “Nəzərə alaq ki, Çin də Afrikada böyük nüfuza malikdir, iqtisadi ekspansiyasını həyata keçirir. Lakin mən Türkiyə ilə Çinin birbaşa rəqabət səhnəsi quracağına inanmıram. Ona görə ki, Türkiyənin strateji xarici siyasət doktrinasında Çinlə mümkün münaqişələrdən qaçmaq hiss olunmaqdadır. Bütün bunların işığında isə Fransa təklənən tərəf kimi ortada qalıb və Afrika qitəsində öz maraqlarının sarsılmasını sadəcə olaraq müşahidə edir”.

“Makronun Afrikadakı son çırpınışları hədər getməkdədir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı son 22 ildə müstəqil daxili və xarici siyasət sərgiləyən Türkiyənin Qərbin hərbi sanksiyalarından qurtularaq özünün hərbi sənaye kompleksini inkişaf etdirdiyini vurğulayıb: “ Son illər isə Türkiyə dünya bazarında hərbi texnika ixracatında önəmli aktora çevrilməkdədir. Yaxın Şərq və Afrika ölkələrini öz monopoliyasında saxlayan Fransa, bu bazarlardan sıxışdırılmaqdadır. Türkiyənin aerokosmik şirkəti TUSAŞ Afrika qitəsindəki Çada həm HÜRKUŞ təyyarələri, həm də ANKA zərbə pilotsuz təyyarələri istehsal edərək yeni ixrac uğuruna imza atıb. Bu uğurlar Fransanı narahat etməmiş deyil. Tarixi türk düşmənliyi, müasir dövrün güclü Türkiyə ordusu və coğrafiyada türk dayaqlarının möhkəmlənməsini özünə təhlükə mənbəyi olaraq görən Makronun Afrikadakı son çırpınışları da hədər getməkdədir. Bu dayaqları Rusiya və Türkiyə əvəzləməkdədir”.

“Türkiyə qitənin dağ-mədən, balıqçılıq sektorlarında da fəallaşır”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Türkiyənin son illərdə xarici siyasətində Afrikaya böyük önəm verdiyini təsdiq edən ən birinci amil indiyə qədər Afrika qitəsində icra edilən layihələrin həcminin 82 milyard dollar təşkil etməsidir: “Kifayət qədər bu ciddi rəqəm ondan xəbər verir ki, deməli, qitə ölkələri də qarşılıqlı əməkdaşlıqda könüllü, istəklidirlər. Məsələn, Anqola iqtisadi diversifikasiya, eləcə də ticarət, investisiya və kənd təsərrüfatı sektorlarında Türkiyənin dəstəyinə ümid bəsləyirsə, qarşı tərəf də öz növbəsində əsasən tikinti sektoruna töhfə verməkdə maraqlıdır. Qeyd olunan layihələr Türkiyə parlamentinə təqdim edilən qanun layihələrində də öz əksini tapır. Bu vaxta qədər Türkiyə Konqo, Anqola, Tanzaniya, Efiopiya, Çad ilə müxtəlif sahələrdə imzalanmış beynəlxalq müqavilələri ratifikasiya etmək üçün qanun layihələri qəbul edib. Qvineya-Bisauda səfirliyin açılması ilə diplomatik missiyanın sayı 44-ə çatıb. 2021-ci ilin dekabr ayında İstanbulda üçüncü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi keçirilib. Həm ərazi, həm də əhali baxımından böyük olan Konqo diqqəti çəkir. Münbit qazıntı yataqlarının və geniş miqyaslı əkin sahələrinin olması Türkiyə ilə Konqo arasında iqtisadi əlaqələrin canlanması üçün yaxşı zəmin yaradır. Türkiyə qitənin dağ-mədən, balıqçılıq sektorlarında da fəallaşır. Yumşaq amilləri, sahələri sadaladıqdan sonra keçək ağır sənayeyə. Məsələn, Türkiyənin TUSAŞ aerokosmik şirkəti tərəfindən istehsal olunan T-129 ATAK helikopterlərinin Nigeriyaya tədarükü və bu tədarüklərin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa təsiri bu ağırlığın konkret göstəricisidir”.

“Türkiyə Afrika ölkələrinin suveren hüquqlarına hörmət edən münasibətlər modelini dəstəkləyir”

Ş.Həsənovanın sözlərinə görə, indi sual olunan odur ki, Türkiyəni qitədəki digər oyunçulardan fərqləndirən amillər nədir və niyə Afrika ölkələri Türkiyənin qitədə genişlənməsinə müsbət baxır, bu axına şəarit yaradırlar? Zəngin dövlətçilik və idarəçilik təcrübəsinə malik Türkiyə ideoloji dayaqlardan uzaq, praqmatik və yerli əhalinin ehtiyaclarına yönəlmiş yol tutub: “Türkiyə yerli xalqların özünüdərk məsələlərinə hörmətlə yanaşır. Yəni, onları heç bir mənada sömürmür. Əksinə, bir sıra Afrika ölkələrinin məhdud maliyyə imkanlarını nəzərə alır, uyğun maliyyələşdirmə modelləri və texnologiya transferi variantları təklif edir. Təhsilə, humanitar sahələrə investisiya qoyur ki, bu da xalqların uzunmüddətli və dayanıqlı inkişafına xidmət edir. Fransanın müdaxiləçi yanaşmasından fərqli olaraq Türkiyə Afrika ölkələrinin suveren hüquqlarına hörmət edən münasibətlər modelini dəstəkləyir”.

“Türkiyənin inkişaf paradiqması Afrikada ona görə genişlənir ki…”

O həmçinin vurğulayıb ki, region ölkələri də digər ölkələrlə Türkiyə arasında ciddi fərqi gördüyündən Türkiyə regionda əsas oyunçuya çevrilib: “Onu xüsusilə qeyd edim ki, Türkiyənin müdafiə sənayesi məhsullarının Afrikada terrorla mübarizə, sərhəd təhlükəsizliyi və assimmetrik silahlı münaqişə kimi xüsusi təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulması da ən ağır amildir. Xüsusilə Fransanın təsirinin zəiflədiyi Qərbi Afrikada və digər strateji əhəmiyyət kəsb edən bölgələrdə Türkiyənin rolu inkişaf edir. Türkiyənin inkişaf paradiqması ona görə genişlənir ki, vurğu inkişafa və bərabər yeni əməkdaşlıqlara fokuslanıb. Göründüyü kimi, Türkiyənin Afrika siyasəti Qərb və digər qlobal oyunçuların yanaşmalarından bir çox cəhətdən fərqlənir. Bu fərqlər “Türkiyə modeli” adlandırılan unikal əməkdaşlıq paradiqmasının əsasını təşkil edir”.

“Fransanın qlobal siyasətdə nüfuzuna ard-arda ciddi xələl gəlir”

Ş.Həsənova bildirib ki, Fransa Cənubi Qafqazdan sonra Afrikada əhəmiyyətli zərbələr aldı, qlobal siyasətdə nüfuzuna ard-arda ciddi xələl gəlir: “Fransanın Ukrayna müharibəsində həlledici aktor kimi mərkəzdə dayanmaq cəhdləri də tamamilə puça çıxdı. Burada həm də Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makronun cəhd etdiyi rəqabətin mümkünsüzlüyü də öz sözünü deyir. Azərbaycan da artıq dünya siyasətində fəal aktordur, Türkiyə ilə olan birmənalı münasibətlər aksioma olduğundan Türkiyənin istənilən bölgədə güclənməsi bizim maraqlarımıza cavab verir”.

“Fransanın Türkiyə ilə əvəzlənməsi çox müsbət haldır”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, Türkiyənin Afrikada güclənməsi müsbət haldır: “Çünki Fransa illərdir ki, Afrikada müstəmləkəçilik siyasəti ilə bu xalqları sömürüb, məhv edib. Fransa bu xalqların təkcə təbii sərvətlərini talan etməyib, bütövlükdə onları soyqırıma məruz qoyub. Amma biz Türkiyənin idarəçiliyini, Osmanlıdan gələn idarəçilik proseslərinin necə olduğunu bilirik. Yəni onlarda çox ədalətli bir yanaşma tətbiq edilib, olduğu yerlərdə xalqların inkişafına çalışılıb və buna nail olunub. Bu mənada Fransanın Türkiyə ilə əvəzlənməsi çox müsbət bir haldır. Fransanın yeni müstəmləkəçilik siyasəti bu xalqlar üçün faciəvi nəticələr doğurmuşdu. Düşünürəm ki, bundan sonra hərbi, siyasi, iqtisadi, mədəni və bütün sahələrdə Türkiyə ilə əməkdaşlıq bu xalqların həyatında müsbətə doğru dönüş yaradacaq”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Fevral 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri