Icma.az
close
up
RU
“AzerGold”un təşkilatçılığı ilə şəhid ailələrinin Şuşaya səfəri gerçəkləşdirildi FOTOLAR

“AzerGold”un təşkilatçılığı ilə şəhid ailələrinin Şuşaya səfəri gerçəkləşdirildi FOTOLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“AzerGold” QSC-nin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Qoruğunun dəstəyi ilə 25 sentyabr 2025-ci il tarixində Vətən müharibəsinin başlanmasının 5-ci ildönümünə həsr olunmuş “Zəfərin izi ilə” adlı sosial tədbir həyata keçirilib.

Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anmaq, onların fədakarlığını gələcək nəsillərə çatdırmaq və şəhid ailələrini mənəvi qayğı ilə əhatə etmək məqsədilə həyata keçirilən tədbir çərçivəsində Daşkəsən rayonundan olan şəhid ailələrinin qəhrəman övladlarının keçdikləri zəfər yolu ilə, canları bahasına azad etdikləri torpaqları ziyarəti təşkil olunub.

Şəhid ailələri tarixi zəfərin rəmzinə çevrilmiş Şuşa şəhərində Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olublar. Onlar Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Mehmandarovlar muzeyini, İsa bulağını və digər tarixi-mədəni abidələri ziyarət ediblər.

Səfər müddətində  qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs edilib. Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan hərbçilərin valideynləri övladlarının döyüşdüyü yerlərə baş çəkiblər. Sonda Gövhər Ağa məscidində şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib.

Xatırladaq ki, şəhid ailələri “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Bununla yanaşı, şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının məşğulluğunun artırılmasına da əlavə töhfələr verilir. Hazırda “AzerGold”, onun törəmə cəmiyyətləri və fəaliyyətə cəlb edilən uzunmüddətli podratçı şirkətlərin ümumilikdə  351 nəfər əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see600

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see181

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see131

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see129

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see127

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see124

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see122

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see120

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see119

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri