Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

“Azərişiq” ASC Lənkəranda sahibkarlarla görüş keçirdi FOTO

“Azərişiq” ASC Lənkəranda sahibkarlarla görüş keçirdi FOTO

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC paytaxt və regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərini davam etdirir. Bununla yanaşı fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə tədbirlərdən biri Lənkəranda baş tutub. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin inzibati binasında keçirilən görüşdə 100-dək sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elgün Məmmədov iştirak edib.

Manset.az xəbər verir ki, görüş zamanı sahibkar və vətəndaşlara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb.

Həmçinin elektron xidmətlər barədə sahibkar və vətəndaşlarla maarifləndirmə söhbətləri aparılıb, xidmət mərkəzlərində göstərilən bütün xidmətlər haqqında ətraflı və dolğun məlumat təqdim edilib. Tədbir zamanı yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə ətraflı məlumat paylaşılıb. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb.

Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin və yerli sakinlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkar və vətəndaşlarla görüşləri ölkənin bütün regionlarında davam etdirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 05 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see280

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see130

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see130

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see125

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri