Azərişıq : Məqsəd azad edilmiş əraziləri keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərişıq" QSC-nin qarşısında duran əsas məqsəd azad edilmiş əraziləri qısa müddət ərzində keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir".
Oxu.Az-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, türkdilli ölkələri, xüsusilə Qarabağda elektroenergetika sahəsində aparılan genişmiqyaslı islahatlar maraqlandırır:
"Bizim innovasiya texnologiyalarının, xüsusilə smart texnologiyaların tətbiqi üzrə türkdilli dövlətlərə bir neçə səfərimiz, təcrübə mübadiləmiz olub. Bundan başqa, onlar bizdən yaşıl texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsini istəyiblər. Bu ölkələrin nümayəndə heyətlərini Azərbaycana səfərə dəvət etmişik. Onların yaxın aylar ərzində Azərbaycana səfərini gözləyirik. Türkdilli ölkələri, xüsusilə Qarabağda elektroenergetika sahəsində aparılan genişmiqyaslı islahatlar maraqlandırır".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















