Icma.az
close
up
RU
“Azərişıq” Müştəri Məmnuniyyəti Sorğusunda yüksək nəticə əldə edib

“Azərişıq” Müştəri Məmnuniyyəti Sorğusunda yüksək nəticə əldə edib

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin keyfiyyətini artırmaq, mövcud problemləri müəyyən etmək və vətəndaşlarla qarşılıqlı əlaqəni gücləndirmək məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən Müştəri Məmnuniyyəti Sorğusu keçirilib.

“Qafqazinfo” “Ekvita” şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilən sorğuda əhali və qeyri əhali abonentləri olmaqla, ümumilikdə 700-ə yaxın respondentin fikri öyrənilib. Sorğu Energetika Nazirliyi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı müxtəlif beynəlxalq reytinq agentliklərinin iştirakı ilə baş tutub.

Sorğuda "Azərişıq" ASC-nin təqdim etdiyi fərqli xidmətlər üzrə məmnunluq səviyyəsi ölçülüb. 

1. enerji təchizatı şəbəkəsinə qoşulma, 
2. elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri, 
3. smart kartların bərpası və yenisinin verilməsi, 
4. əhali və qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, 
5. istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, 
6. sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, 
7. qüsurlu ödənişin bərpası. 

Sorğunun nəticələrində həmçinin "Azərişıq" ASC-nin Əsas Fəaliyyət Göstəriciləri əks olunub. Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə elektron müraciətlərin cari göstəricisi 55,3%, hədəf göstərici isə 30%-dir. Sahibkarların bu xidmətlər üzrə məmnunluq səviyyəsi 98% olaraq qiymətləndirilib. Bu göstərici hədəflə üst-üstə düşür. İşlərin keyfiyyəti üzrə cari göstərici 98%, hədəf göstərici isə 95%-dir. İcra müddətlərində gecikmə halları 5% olaraq qeyd olunub və bu da 10%-lik hədəf göstəricisini üstələyir.

“Azərişıq” ASC vətəndaş məmnunluğunu təmin etmək, xidmətlərin keyfiyyətinin artırılması və ölkəmizin kommunal xidmətlər sahəsində beynəlxalq reytinqlərdə mövqeyinin daha da gücləndirilməsi məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya ilə əməkdaşlığı davam etdirəcək, abonentlərlə mütəmadi sorğuların keçirilməsinə şərait yaradacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri