Icma.az
close
up
RU
Azərişıq xidmət keyfiyyətinin artırılması sahəsində fəal işlər aparır Ekspertdən AÇIQLAMA

Azərişıq xidmət keyfiyyətinin artırılması sahəsində fəal işlər aparır Ekspertdən AÇIQLAMA

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elektrik Təchizatı Şəbəkələrinə Qoşulma İşçi Qrupunun təşəbbüsü ilə həyata keçirilən islahatlar Azərbaycanın enerji sektorunda mühüm dəyişikliklərə səbəb olmuşdur. Bu islahatlar əsasən prosedurların sadələşdirilməsi, xidmət keyfiyyətinin artırılması və şəffaflığın təmin edilməsinə yönəlmişdir".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. 

Ekspertin sözlərinə görə, "Azərişıq" ASC isə texniki infrastrukturun yenilənməsi, rəqəmsallaşma və xidmət keyfiyyətinin artırılması sahəsində fəal işlər aparır.

"Qeyd oluna tədbirlər beynəlxalq investorlar üçün cəlbedici mühit yaradaraq iqtisadi inkişafı dəstəkləyir.Qurumların təşəbbüsü ilə prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə, 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərar ilə təsdiq edilən qaydalar tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasını daha sürətli və səmərəli etmişdir.

Bu qərara əsasən, elektrik enerjisi təchizatı üçün seçilən trassanın razılaşdırılması prosesi sadələşdirilmiş və müvafiq qurumlar tərəfindən 3 gün ərzində münasibət bildirilməsi tələb edilmişdir. Müddət keçdikdən sonra münasibət bildirilmədiyi halda məsələ avtomatik olaraq razılaşdırılmış hesab edilir. Bu yanaşma sahibkarların layihələrinin həyata keçirilməsini sürətləndirir və bürokratik maneələrin qarşısını alır.

"Elektrik enerjisindən istifadə Qaydaları" çərçivəsində istehlakçı hüquqlarının qorunması istiqamətində də mühüm addımlar atılmışdır. Enerji təchizatı zamanı baş verən qəzalar nəticəsində istehlakçılara dəyən ziyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə ən gec 10 gün ərzində cavab verməli və ziyanı ödəməlidir. Bu yanaşma istehlakçı məmnuniyyətini artırır və təchizatçı müəssisələrin məsuliyyətini gücləndirir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tikinti-quraşdırma işləri, elektrik və istilik qurğularının texniki istismarı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlar üçün xüsusi razılıq (lisenziya) tələb olunur.

“Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nömrəli əlavəsinin 18-ci bəndi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin yalnız lisenziya çərçivəsində həyata keçirilməsini tələb edir. Bu, tikinti sahəsində təhlükəsizlik standartlarının yerinə yetirilməsini təmin edərək, layihələrin düzgün və təhlükəsiz həyata keçirilməsinə zəmanət verir.

Nazirlər Kabinetinin 2019-cu il 520 nömrəli Qərarının 1.1.2.5 yarımbəndi, elektrik qurğularına texniki xidmət göstərən və digər əlaqəli fəaliyyətləri həyata keçirən fərdi sahibkarlara müvafiq bilik və təhlükəsizlik qruplarına sahib olmağı və qanunvericiliyə uyğun olaraq biliklərinin yoxlanılmasından keçmələrini tələb edir. Bu tələblər, mütəxəssislərin və fərdi sahibkarların işlərini yüksək keyfiyyətlə və təhlükəsizlik standartlarına uyğun yerinə yetirmələrini təmin edir.

Nazirlər Kabinetinin 2002-ci il 174 nömrəli Qərarının 45.1-ci bəndi, xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növləri üçün əlavə şərtlər müəyyən edir. Bu əlavə şərtlər, fəaliyyətin təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək məqsədini daşıyır, həmçinin bu sahədə fəaliyyət göstərən müəssisələrin tələblərə uyğunluğunu yoxlamağa yönəlib.

Bu qaydalar, iqtisadi fəaliyyətin şəffaflığını artırır və təhlükəsizliyini təmin edir. Eyni zamanda, həm sahibkarların, həm də cəmiyyətin maraqlarını qorumağa xidmət edir. Nəticədə, iqtisadi inkişafı dəstəkləyir və ölkənin enerji sahəsində daha stabil və rəqabətədavamlı bir bazar yaratmaq məqsədinə xidmət edir". 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri