Icma.az
close
up
RU
“Azərpoçt” beynəlxalq tədbirə ev sahibliyi edir FOTOLAR

“Azərpoçt” beynəlxalq tədbirə ev sahibliyi edir FOTOLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosu ilə əməkdaşlıq çərçivəsində 14–17 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir.

Modern.az-ın mlmatına görə, tədbirin açılış mərasimində çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev bildirib ki, “Azərpoçt” beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və Ümumdünya Poçt İttifaqı çərçivəsində həyata keçirilən təşəbbüslərə fəal töhfə verməyə xüsusi önəm verir.

İclas proqramı çərçivəsində Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin sessiyaları keçirilir. Sessiyalarda fond çərçivəsində təqdim olunan layihə təklifləri, yekun və qiymətləndirmə hesabatları, eləcə də fondun fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə olunur.

Həmçinin, “QSF AZE2313 Bakı” layihəsi çərçivəsində magistral poçt daşımalarının təkmilləşdirilməsi məqsədilə alınmış 5 ədəd iritonnajlı nəqliyyat vasitəsinin layihə üzrə yekun qiymətləndirilməsinin aparılması da nəzərdə tutulur.

ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu inkişaf etməkdə olan ölkələrdə poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsini dəstəkləyən mühüm maliyyə mexanizmidir. Fond vasitəsilə həyata keçirilən layihələr poçt operatorlarının infrastrukturunun modernləşdirilməsinə, əməliyyat imkanlarının genişləndirilməsinə və xidmət keyfiyyətinin artırılmasına xidmət edir.

Qeyd edək ki, ÜPİ-nin bu nüfuzlu beynəlxalq tədbirinin Bakıda keçirilməsi və “Azərpoçt” MMC-nin ona ev sahibliyi etməsi Azərbaycanın qlobal poçt sistemində artan rolunun, beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqi olmaqla yanaşı, qabaqcıl təcrübə mübadiləsinin genişlənməsinə və ÜPİ ilə uzunmüddətli əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyul 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri