Icma.az
close
up
RU
“Azərpoçt” beynəlxalq sərgidə təmsil olundu FOTOLAR

“Azərpoçt” beynəlxalq sərgidə təmsil olundu FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 23 – 30 may 2026-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının Boston şəhərində keçirilən “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub.

Modern.az xəbər verir ki, sərgi çərçivəsində Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən “Filateliyada idarəetmə, təhlükəsizlik və inkişafın yeni yanaşmaları” mövzusunda konfrans və işgüzar görüşlər təşkil edilib. Tədbirlər zamanı qanunsuz poçt markası emissiyalarının qarşısının alınması, poçt operatorlarının gəlir dayanıqlığının qorunması, Azərbaycan poçt markalarının Beynəlxalq Rəsmi Nömrələmə Sistemində (The WADP Numbering System – WNS) qeydiyyatı, rəqəmsal filateliya həlləri, e-kommersiya imkanları və filateliya biznesinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Konfransın açılış nitqi ilə çıxış edən “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri, Ümumdünya Filateliyanın İnkişafı Assosiasiyasının prezidenti Sitarə Hüseynova qanunsuz marka emissiyalarına nəzarətin gücləndirilməsi, poçt operatorlarının kommersiya maraqlarının qorunması və “WNS” platformasının filateliya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib.

O bildirib ki, “WNS” platforması poçt markalarının sistemli şəkildə toplanması, rəsmi “e-shop” səhifələrinə inteqrasiya imkanlarının yaradılması və rəqəmsal filateliya irsinin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin tədbir zamanı “Azərpoçt” MMC-nin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat təqdim olunub, “WNS” platformasının Azərbaycanda təşviqi, filatelistlər, dilerlər və poçt operatorları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Sərgi günlərində “Azərpoçt” MMC tərəfindən son iki il ərzində dövriyyəyə buraxılmış poçt markaları nümayiş etdirilib və beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb.

“Azərpoçt” MMC-nin beynəlxalq filateliya platformalarında iştirakı Azərbaycanın poçt markalarının beynəlxalq səviyyədə tanıdılması, filateliya sahəsində əməkdaşlığın genişləndirilməsi və poçt məhsullarının təhlükəsizliyinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri