Icma.az
close
up
RU
“Azərsell” abonentlərə açıq aşkar hədə qorxu gəlir Alimdən ETİRAZ

“Azərsell” abonentlərə açıq aşkar hədə qorxu gəlir Alimdən ETİRAZ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Şirkət belə hədə-qorxu, şantaj və zorakı addımlar ilə iş prinsipini qurub

Fəlsəfə doktoru, dosent Zaur Əliyev “Azərsell”in öz abonentləri ilə təzyiq dilində danışmasına etiraz edir. Sosial şəbəkədə bu haqda qeyd edən ictimai xadim bildirib ki, mobil telefonuna “Azərsell”dən belə bir mesaj daxil olub: 

“Hörmətli abunəçi. Faktura borcunuzu ödəməyiniz xahiş olunur. Borc vaxtında ödənilmədiyi halda nömrəniz ikitərəfli bağlanacaq. Borcun ödənilməsi ilə bağlı tədbirlər görüləcək (?! – M.R.).”

Z.Əliyev bildirir ki, bu, abonentlərə açıq-aşkar hədə-qorxu gəlməkdir:   

- Şirkət belə hədə-qorxu, şantaj və zorakı addımlar ilə iş prinsipini qurub. Borcun ödənilməsi ilə bağlı Azercell, nə tədbir görəcəksən? Bu nə mesajdır? Öldürəcəksən? Girov götürəcəksən, yoxsa həbs etdirəcəksən? Nömrənin ikitərəfli bağlanmasını edə bilərsən ancaq və bunu da mesajında qeyd elə. Yoxsa nə tədbir görəcəksən?!. 

"Sizin borcunuz var və əgər ödəməsəniz, biz qanuni hüququmuzdan istifadə edəcəyik." Mesaj belə olmalıdır, yoxsa sizin kimi təyziq və şantaj edəcək sözlər ilə yox. Bu cümlələr hüquqi xəbərdarlıqdan çıxır, təzyiq olaraq psixoloji qorxu yaradır insanlarda. "Tədbirlər görüləcək" ifadəsi qulağa kifayət qədər rəsmi, soyuq və hətta hədələyici gəlir. "Xəbərdarlıq" kateqoriyasına aid edilsə də “tədbir" sözü insanda qorxu yaradır. Hüquqi çərçivədə haqlı ola bilərsiniz, amma psixoloji cəhətdən düz deyil! Böyük bir korporasiyanın (Azercell) tək bir vətəndaşa belə rəsmi dildə mesaj yazması "Davit və Qoliaf" effektini yaradır. Şirkət özünü çox güclü, sizi isə çarəsiz tərəf kimi göstərməyə çalışır. Bu, insanda stress və tələskənlik yaradır ki, sorğu-sual etmədən gedib ödəniş etsin.Xahiş edirəm bu cümləni dəyişib "Sizin borcunuz var və əgər ödəməsəniz, biz qanuni hüququmuzdan istifadə edəcəyik", məzmununda edin. Onsuz da həyatımız təyziq və şantaj içərisində davam edir. Siz də bir tərəfdən etməyin. 

P.S.

Azərbaycanın ötən əsrdən bəri əsas mobil operator şirkəti olan “Azərsell”in mesajlarını Azərbaycan əlifbasının qrafik işarələri ilə yazmadığı da bir ayrı problemdir. Azərsell-in öz mesajında təhrif etdiyi bir sıra hərfləri biz oxucularımıza sayğımızdan dövlət dilimizə uyğunlaşdıraraq qeyd etdik. Azərsell isə görünür, hələ də dövlət dilində - latın qrafikasına tam keçidi reallaşdrmaq istəmir. “Ç”- “ch” “Ö”- “o”, “Ə” – “e”, “Ş” – “sh” , “I” – “i”, “Ğ”- “g”, “Ü” – “u” əvəzləməsi edir. Klaviaturanı dəyişib, mesaj mətnlərini Azərbaycan ədəbi dilinə - dövlət dilinə, düzgün yazı qrafikasına uyğunlaşdırmaq yəni bu qədər çətindir?  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Fevral 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri