Icma.az
close
up
RU
“Cəmiyyət açıq düşünüb, azad danışmağı alimdən öyrənmir”

“Cəmiyyət açıq düşünüb, azad danışmağı alimdən öyrənmir”

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sartra görə, intellektual birbaşa elmin özünü yaradan və onu təcrübədə sınayan şəxs deyil, bütün əldə olunan təcrübələrin insan həyatındakı zərərini və faydasını araşdıran, bunu cəmiyyətlə bölüşən şəxsdir.İntellektaul, bir növ, elmin, bilginin peyğəmbəridir. İnsanlar alimdən fərqli olaraq, onu daş-qalaq edə-edə "sevirlər". Kütləvi nifrət intellektualın mükafatıdır”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

Onun sözlərinə görə, cəmiyyətimizin intellektualın missiyasını anlamayıb ondan alimlik tələb etməsi başa düşüləndir, amma alimlərimizin, cürbəcür ixtisaslar üzrə fəlsəfə doktoru rütbəsi almış qələmgəzdirənlərimizin bu tələblə çıxış etməsi onları ictimai şüurda ələmgəzdirənlərlə eyniləşdirir:

“Bəli, son min il ərzində İran coğrafiyasında türk sülalələri hökmranlıq edib, sonra Gülüstan, Türkmənçay hadisələri yaşanıb, sonra respublika qurulub, dağılıb, yenidən qurulub. Tarixçi alimin işi bu dövrü araşdırmaqdır, nəticə çıxarmaq deyil. Nəticə çıxarmaq və o nəticəni gələcəyə daşımaq intellektualın işidir.Çünki alim akademik çərçivədən kənara çıxa bilməz, əlindəki faktı şərh edə bilməz. O, aşkara çıxara bilər ki, sanskrit dili ilə yunan və latın dillərində söz kökləri eynidir, amma bu faktı qədim ari irqinin möcudluğu kimi şərh edə bilməz.Faktı şərh etmək, ictimailəşdirmək intellektualın öhdəliyidir. Məsələn, Fazil Mustafa Səfəvi zehniyyətinin respublika düşüncəsinə daşınmasını ikincisinin gələcəyi üçün zərərli hesab edərkən, Sartrın dediyi işi görür”.

Yazıçı bildirib ki, tarix üzrə fəlsəfə doktorları bunu tarixin inkarı kimi anlayıb, hərəsi əlinə bir kitab alaraq zərəri, faydanı düşünmədən alim instinktiylə şərhi faktla boğmağa tələsirlər:

“Nümunəyə baxaq: Ortada uçuşan bir ifadə var: "Səfəvi faşizmi". Alimlər deyir ki, bu ifadəni işlətmək olmaz. Düz deyirlər, olmaz, amma kimə olmaz? O adama ki, o alimlik iddiasındadır. Belə bir iddiası olmayan intellektual isə dilinə akademik qandal vura bilməz. Cəmiyyət açıq düşünüb, azad danışmağı alimdən öyrənmir, intellektualdan öyrənir.Bu gün ABŞ intellektaul mühitdə ən populyar ifadələrdən biri "feminazi"dir, yəni qadın faşizmi. Siz bu sözə amerikalı "Sosial elmlər üzrə fəlsəfə doktoru"nun kitabında rast gələ bilməzsiniz. Halbuki ictimai mühiti yönləndirən və faşizm səviyyəsinə qalxmış feminizmi ölkənin gələcəyinə təhdid kimi görən bir amerikalı intellektaul bu bir kəlmə ilə bütün sosioloqların kitablarından daha çox iş görür. Sual yaranır; alimlər, ümumiyyətlə, danışmamalıdırmı? Danışmalıdır, amma sadəcə, bir intellektualı susdurmaq lazım gəldikdə yox”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Avqust 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri