“Azərsu” ilanlara qarşı dərmanlar alır 16 min xərclənəcək
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “PROF-DEZ İPM” MMC (VÖEN – 1002892471 ) olub.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilan və digər zərərverici həşəratlara qarşı dərmanlama xidmətinin satın alınmasını həyata keçirəcək. Satınalma müqaviləsinə əsasən, bu xidmətlərin göstərilməsi üçün “PROF-DEZ İPM” MMC-yə 15 min 964 manat 76 qəpik ödəniləcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “PROF-DEZ İPM” MMC 2013-cü ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Dağıstanlı küçəsi ev 57, m. 17-də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Elvin Xeybər oğludur.
Elnur Əli
Baxış sayı:192
Bu xəbər 24 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















