Icma.az
close
up
RU
Azərsu ya rəhmət oxudan ADSEA ... Suyu damcı damcı verir, bəs dövlət büdcəsini hara xərcləyir? Video

Azərsu ya rəhmət oxudan ADSEA ... Suyu damcı damcı verir, bəs dövlət büdcəsini hara xərcləyir? Video

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Su həyat mənbəyi olaraq qalır”… Bu ifadə ulu öndər Heydər Əliyevə məxsusdur. Amma ADSEA bu yay dönəmində sözün əsl mənasında bizi həyat mənbəyindən məhrum etdi.

ADSEA, yoxsa ADSEA-nın yarıtmaz işçilərimi deyim bilmirəm. Bircə onu bilirəm ki, iyul ayında suyumuzu kəsdilər və gecələri damcı-damcı su verdilər. Nəhayət bir həftə öncə o da təmiz kəsildi və həyətimdə olan bütün su sistemi və motorlar sıradan çıxdı. Bir neçə gün susuz qaldıqdan sonra məcbur şəkildə suyu maşınla aldım. 8 ton suya 40 manat verdim. Daha sonra santexnik çağırmağa məcbur qaldım, sıradan çıxmış sistemi düzəltdirdim, bu da elektrik və alınan hissələrlə bərabər mənə 250 manata başa gəldi.

ADSEA suyu damcı-damcı verir, bəs dövlət büdcəsini hara xərcləyir? Demək olar, hər fəsil boru dəyişmək dövlətə nə qədər zərər vurur? Əhalinin zərərini hesab edən onsuz da yoxdur, dövlətin büdcəsi "axmasın" barı...

ADSEA-nın əməkdaşları hər ödəniş vaxtı qapıma sel kimi gəlirlər, amma suyu damcı ilə verirlər. Nə işlədirəm ki, nə yazırlar? Su verməyən quruma su pulu vermək... ADSEA mənə 250 AZN borcludur. Vermədiyi suya görə sıradan çıxan su sistemimi düzəltmişəm. Həyətimdə susuzluqdan quruyan təsərrüfatımın xərci ayrıdır. Bu il mənim həyətimdə ağaclarım susuzluqdan məhv oldu. Keçirdiyim əsəbi, stresi, qəzəbi, gərginliyi hesablasam da ödəyə bilməzlər.

O gün kənddə söhbət edərkən eşitdim ki, suyu ADSEA-nın Pirşağı kəndi üzrə əməkdaşları bilərəkdən kəsir. Niyə? Deməli, Pirşağı kəndində imkanlılara məxsus xüsusi bağlar var. Eyni zamanda bir neçə avtoyuma məntəqəsi var ki, buranın əməkdaşları əhalinin suyunu kəsərək bu imkanlı şəxslərin bağların verirlər ki, bu cənablar çimmək üçün hovuzlarını doldursunlar. Eyni zamanda kəsilən sudan müəyyən vəsait müqabilində avtoyuma məntəqələrinə də verilir. Yəni kənd əhalisi susuz qalsa da olar, əsas bu suya baxan işçilərin cibidir. Onlar yaxşı yaşamalıdır, onlar çox qazanmalıdır. Bu, sadəcə kənd əhalisinin iddiasıdır. Yoxlaması isə ADSEA-ya qalıb.

Xatırlayıram ki, əvvəllər "Azərsu"-dan şikayət edirdik. Hətta mətbuat xidməti çıxıb deyəndə ki, “hamıdan sudan istifadə etdiyi üçün təzyiq azdır” hamı bir mənalı yanaşmırdı. "Sistem" dəyişdirildi. Ümid var idi ki, rəhbərliyə gətirilən yeni nümayəndə su sisteminə daha diqqətli olacaqdı, əhalinin narazılığı olmayacaqdı. Vallah heç nə dıyişməyib, əskinə daha betər olub. Ataların bir misalı var: “Betərin betəri var”. Bax indiki durum betərin betəridir…

ADSEA-nın əməkdaşları ara-sıra gəzib, su sayğaclarına müdaxilələrə nəzarət edirlər. Çox maraqlıdır, ADSEA yerli əməkdaşlarının "müdaxilə"lərinə necə nəzarət edir?

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 02:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri