Icma.az
close
up
RU
“Azərsun Holding”in nümayəndələri ADAU da olub FOTOLAR

“Azərsun Holding”in nümayəndələri ADAU da olub FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərsun Holding”in Kənd təsərrüfatı üzrə baş direktoru Mohammad Gouzal və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

"Unikal" xəbər verir ki, əvvəlcə qonaqlarla görüşən Universitetin rektoru Zəfər Qurbanov birgə kadr və mütəxəssis hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Daha sonra Elm və Təhsil Nazirliyinin ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaratdığı Komissiyanın tərkibində formalaşdırılmış Kənd təsərrüfatı ixtisasları qrupu üzrə İşçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə İşçi qrupunun üzvləri, bir qrup ali təhsil müəssisələrinin professor-müəllim heyəti, Kənd Təsərrüfatı Nazirliyinin (KTN), elmi-tədqiqat institutlarının, əmək bazarı və digər müvafiq qurumların təmsilçiləri iştirak ediblər.
ADAU-nun rektoru, İşçi qrupunun həmsədri Zəfər Qurbanov iclası giriş sözü ilə açaraq qarşıda duran məsələlərdən danışıb və İşçi qrupunun ilk iclasından bəri icra edilmiş işlər barədə məlumat verib. İşçi qrupunun həmsədri Mohammad Gouzal qrup üzvlərini salamlayaraq, iclasın gündəliyinə diqqət çəkib.
Daha sonra işçi qrupunun üzvü, ADAU-nun tədris şöbəsinin müdiri, dosent Elay Zeynallı alt işçi qrupların müzakirə nəticələrini İşçi qrupunun nümayəndələrinə təqdim edib. O bildirib ki, proqram üzrə təsdiqi təklif edilən ixtisaslaşmalar müəyyən edilərkən ali təhsil müəssisələri və əmək bazarının təklifləri ilə yanaşı, xüsusilə də elmi-tədqiqat institutlarının və xarici ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmaları əsas götürülüb.
İşçi qrupunun müzakirələri nəticəsində kənd təsərrüfatı ixtisasları üzrə bir neçə yeni ixtisaslaşmaların əlavə olunması, bəzilərinin adının dəyişdirilməsi, bəzi ixtisaslaşmaların isə ləğv olunmasına qərar verilib.
Qeyd edək ki, Bağçılıq və tərəvəzçilik, Bitki mühafizəsi, Heyvandarlıq elmləri və Zoomühəndislik ixtisasları üzrə isə ilk dəfə magistratura səviyyəsində ixtisaslaşmalar müəyyən edilib. Sonda kənd təsərrüfatı ixtisasları üzrə ixtisaslaşmaların siyahısı səsvermə ilə təsdiq edilib.
Görüşdən sonra qonaqlar Aqrar Universitetin müasir laboratoriyaları ilə yaxından tanış olub, Gəncə Dövlət Aqrar Kollecində olublar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Aprel 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri