Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Şəkər əvəzediciləri adi şəkərdən daha sağlam alternativ hesab edilməməlidir. Mütəxəssislər həm şəkərin, həm də süni şirinləşdiricilərin həddindən artıq istifadəsinin şirniyyata meyli artıra biləcəyini bildirirlər.
BAKU.WS xəbər verir ki, bu barədə kardioloq, tibb elmləri doktoru Natalya Qavrilova "Lenta.ru"ya açıqlamasında deyib.
Həkimin sözlərinə görə, sağlamlıq üçün əsas məsələ ideal şirinləşdirici seçmək deyil, ümumi qidalanmada şəkərin və kalorinin miqdarını azaltmaqdır. Həm şəkərin, həm də süni şirinləşdiricilərin tez-tez qəbulu insanın şirin dada olan istəyini gücləndirə və sağlam qidalanma vərdişlərinin formalaşmasına mane ola bilər.
Qavrilova şəkər əvəzedicilərindən istifadə zəruridirsə, onların daimi qida rasionunun deyil, müvəqqəti vasitənin bir hissəsi olmasını tövsiyə edib. Onun fikrincə, bu məhsullardan az miqdarda və nadir hallarda istifadə etmək daha məqsədəuyğundur.
Həkim həmçinin qidalanmanın ümumi balansına, kaloriyə, fastfud istehlakına və diabet kimi xroniki xəstəliklərin mövcudluğuna diqqət yetirməyin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Noyabr 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















