Icma.az
close
up
RU
AZƏRTAC ilə AMADA birgə layihələr həyata keçirəcək

AZƏRTAC ilə AMADA birgə layihələr həyata keçirəcək

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

Qonaq əvvəlcə agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, dövlətimizin başçısının yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin 105 yaşlı agentlikdə müxtəlif dövrlərdə istifadə edilən texniki avadanlıqlardan ibarət muzeyə baxdı.

Sonra keçirilən görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, son iki ildə agentlikdə informasiya siyasəti yeni səpkidə qurulub. Səkkiz dildə operativ xəbərlər yayan, 60-a yaxın xarici media qurumu ilə əməkdaşlıq edən və 24 ölkədə müxbir məntəqəsi olan AZƏRTAC kadr bazasını daim yeniləyir, gənclərə üstünlük verir. Qeyd olunub ki, AZƏRTAC dövlətin informasiya siyasətinin həyata keçməsində mühüm rol oynayır. İdarə heyətinin sədri Prezident İlham Əliyevin digər sahələr kimi, gənclər və idman siyasətinə, bu sahənin inkişafına çox ciddi önəm verdiyini vurğulayıb. Gənclər və İdman Nazirliyi ilə əlaqələrin yüksək səviyyədə olduğunu deyən sədr AZƏRTAC-ın idmanda əldə olunan nəticələri, həyata keçirilən yenilikləri operativ işıqlandırdığını diqqətə çatdırıb. AMADA-nın fəaliyyətindən də söz açan Vüqar Əliyev bu qurumun təmiz idmanın təbliğində böyük rol oynadığını vurğulayıb.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə qonaqpərvərliyə görə təşəkkürünü bildirib və AZƏRTAC-ın ölkəmizin informasiya məkanında etibarlı, operativ və obyektiv məlumat mənbəyi kimi mühüm strateji rol oynadığını vurğulayıb.

Təhminə Tağı-zadə rəhbərlik etdiyi agentliyin fəaliyyəti, əldə olunan nailiyyətlər, təmiz idman dəyərlərinin təşviqi və ölkəmizin idman imicinin qorunması istiqamətində atılan mühüm addımlardan söz açıb. İcraçı direktor, həmçinin gələn il Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Antidopinq Agentliyinin Avropa üzrə Regional Simpoziumunun əhəmiyyətini vurğulayıb. Görüşdə, eyni zamanda, III MDB Oyunlarında AMADA-nın təbliğat proqramlarının mediada işıqlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb və birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Söhbət zamanı iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri