Az heyvan saxlayan kəndlilərə də pul veriləcək? Mövcud qaydalar dəyişə bilər
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Azərbaycanda heyvandarlıq sahəsində dövlət subsidiyalarından yararlanmaq üçün müəyyən edilmiş tələblərin kiçik və orta fermerlər üçün əlçatan olmadığı bildirilir. Deputat Vasif Qafarov bu barədə Milli Məclisin iclasında müzakirə zamanı deyib. O bildirib ki, bunun əvəzinə kəndlini həvəsləndirən stimullaşdırıcı, pilləli sistem tətbiq olunmalıdır.
Bəs mövcud subsidiya mexanizmi nə dərəcədə ədalətlidir və bu qaydalar dəyişərsə, aqrar sektorda hansı dəyişikliklər baş verə bilər?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövcud qaydalar iri fermerlərə sərf edir, az sayda heyvan saxlayan kəndlilər isə subsidiyadan yararlana bilmir: İnternet mağaza
“Mövcud subsidiya mexanizminin əsas problemi ondan ibarətdir ki, dəstək imkanları daha çox iri təsərrüfatların tələblərinə uyğunlaşdırılır. Kiçik və orta fermerlərin isə kifayət qədər heyvanı və örüş sahəsi olmadığı üçün dövlət subsidiyalarından yararlanmaq imkanları məhdudlaşır. Halbuki kənd təsərrüfatında məşğul olan insanların əksəriyyəti kiçik ailə təsərrüfatlarıdır. Onların da istehsalda payı, məşğulluğun təmin edilməsində və ərzaq təhlükəsizliyində rolu var. Buna görə də subsidiya mexanizminin yalnız heyvan sayına və torpaq sahəsinə əsaslanması tam ədalətli yanaşma hesab edilə bilməz”.
Onun sözlərinə görə, pilləli subsidiya sistemi kəndlilərin qazancını və ət-süd istehsalını artıra bilər:
“Düşünürəm ki, burada ən düzgün yol pilləli subsidiya sisteminə keçməkdir. Fermerin təsərrüfatının ölçüsündən asılı olaraq dəstək məbləği və şərtləri fərqləndirilməlidir. Az sayda heyvan saxlayan kəndliyə də müəyyən həcmdə subsidiya verilməli, heyvan sayı artdıqca dövlət dəstəyinin həcmi də mütənasib şəkildə yüksəlməlidir. Bu, həm kiçik təsərrüfatların inkişafına, həm də fermerlərin heyvandarlığa marağının artmasına şərait yaradar. Belə dəyişikliklər ilk növbədə kənd yerlərində məşğulluğun qorunmasına, heyvan sayının və yerli ət-süd istehsalının artmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, kiçik fermerlərin fəaliyyətini rəsmiləşdirmək və təsərrüfatlarını genişləndirmək üçün əlavə stimul yaranar. Ancaq subsidiya şərtləri yumşaldılarkən nəzarət mexanizmləri də güclü olmalıdır ki, dövlət vəsaitlərinin mənimsənilməsi, saxta heyvan qeydiyyatı və digər sui-istifadə halları baş verməsin. Əsas məqsəd subsidiyanı sadəcə böyük təsərrüfatlara verilən güzəşt deyil, bütün fermerlərin inkişafına xidmət edən iqtisadi alətə çevirmək olmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Noyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















