Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

AZƏRTAC ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub AZƏRTAC

AZƏRTAC ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 dekabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova dekabrın 27-də AZƏRTAC-da olub.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevlə görüşən Aktotı Raimkulova “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyini bildirib, dərin hüznlə başsağlığı verib.

Görüşdə AZƏRTAC-ın keçdiyi tarixi yola nəzər salınıb və agentliyin Türk dünyasının birliyi naminə həyata keçirilən bütün layihələrə verdiyi informasiya dəstəyi yüksək qiymətləndirilib.

İdarə Heyətinin sədri Vüqar Əliyev diqqətə çatdırıb ki, gələn ilin martında 105 illik yubileyini qeyd edəcək agentlik hazırda hər gün 8 dildə 600-ə yaxın xəbər yayır. AZƏRTAC dünyanın 53 informasiya agentliyi və media strukturu ilə əməkdaşlıq edir.

Qeyd olunub ki, AZƏRTAC Avropanın Xəbər Agentlikləri Alyansı (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), həmçinin Türk Xəbər Agentlikləri Alyansının (ATNA) fəal üzvüdür.

Vüqar Əliyev qeyd edib ki, türk dövlətlərinin informasiya agentliklərinin birgə əməkdaşlığı ölkələrimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməkdədir. Bu əməkdaşlıq ölkələrimizin siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 illik işğala son qoyduğunu, torpaqlarımızı azad etdiyini söyləyən İdarə Heyətinin sədri qeyd edib ki, hazırda həmin ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarında məskunlaşdırılması isə mərhələli şəkildə təmin edilir. Agentliyin rəhbəri, həmçinin Qarabağın işğalı dövründə dağıdılan tarixi, dini və memarlıq abidələri barədə ətraflı məlumat verib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə məlumat verən Aktotı Raimkulova gələcək planlar barədə danışıb. Rəhbərlik etdiyi qurumun Prezident İlham Əliyevin təşəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarının dəstəyi ilə yaradıldığını xatırladan A.Raimkulova deyib: “Hazırda dövlət başçılarının tapşırığına əsasən, fond Türk dünyasının ortaq mədəni abidələrinin yenidən qurulması və bərpası işlərini aparır, UNESCO-nun çoxmillətli nominasiyalarına təqdim olunacaq layihələrə dəstək həyata keçirir”.

O qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ümumtürk maddi və qeyri-maddi mədəni irs kataloqunun hazırlanması istiqamətində işlər görülür. Bu, təkcə ortaq mirasın siyahısının hazırlanmasından ibarət deyil, kataloq, həmçinin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə kitab və rəqəmsal formatda yayımlanacaq. Bildirib ki, kataloqun hazırlanması üçün nüfuzlu elm xadimlərindən və mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılıb. Mütəxəssislərin köməyi ilə çox mühüm nümunələr seçilərək kataloqa daxil ediləcək. Bu abidələr sırasında məhv olmaq təhlükəsi ilə üzləşən və ya artıq yox olanlar, o cümlədən Qarabağda dağıdılmış maddi-mədəniyyət nümunələri də var.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə AZƏRTAC-ın birgə layihələr reallaşdırması, həmçinin hər iki qurum arasında əməkdaşlıq haqqında memorandumun imzalanması məsələləri də müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri