Icma.az
close
up
RU
Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib AZƏRTAC

Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vyana, 22 yanvar, AZƏRTAC

Sloveniyanın Litiya şəhərindəki ahıllar evində Azərbaycan-Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın tanıtımına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Assosiasiyanın vitse-prezidenti Jalə Qurbanova tədbirin məzmun və mahiyyətindən danışıb.

Asosiasiyanın prezidenti Taleh Qurbanov isə ölkəmiz haqqında geniş və dolğun məlumat təqdim edib. O, təqdimatda iki ölkə arasındakı iqtisadi və diplomatik əlaqələrin əhəmiyyətini də xüsusi vurğulayıb.

Bildirilib ki, Azərbaycan hər zaman sülhü, əməkdaşlığı və sabitliyi öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi görür. Ölkəmiz bu yanaşmanı yalnız öz milli maraqları üçün deyil, həm də bütün bölgənin rifahı və təhlükəsizliyi üçün vacib hesab edir.

Tədbirdə Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirən bədii proqram da təqdim olunub. Assosiasiyanın üzvləri Barış Öncebe və Baransel Oğuz Azərbaycan və türk musiqilərindən ibarət ifaları ilə qonaqlara unudulmaz anlar yaşadıblar.

Tədbirin qonaqlarından biri - Sloveniyada tanınmış iş qadını Mariya Çop Azərbaycan haqqında səmimi fikirlərini bölüşərək, ölkəmizin zəngin tarix və mədəniyyətinə olan heyranlığını ifadə edib.

Sonra Azərbaycan haqqında qısametrajlı video nümayiş etdirilib, eyni zamanda, iştirakçılara sloven dilində hazırlanmış broşürlar təqdim olunub.

Sloveniyalı musiqiçinin canlı ifası da tədbirə rəng qatıb və böyük maraqla qarşılanıb.

Sonda ahıllar evinin rəhbərliyinə Azərbaycanın milli baş örtüyü olan kəlağayı hədiyyə olunub. Milli atributlardan biri hesab edilən bu tətbiqi sənət nümunəsinin hədiyyə edilməsi eyni zamanda Azərbaycanın zəngin mədəniyyətinin və qonaqpərvərliyinin simvolu kimi dərin təsir bağışlayıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri