AZINCLOUD ilə biznesinizi bulud mühitinə köçürün
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“AzInTelecom” MMC-nin fərdi “bulud” xidməti olan AZINCLOUD bizneslərə lokal serverlər üzərindən sürətli və təhlükəsiz hostinq xidmətləri təqdim edir.
Bakıvaxtı.az xəbər verir ki, rəqəmsallaşma dövründə veb-saytların və mobil tətbiqlərin kəsintisiz və təhlükəsiz işləməsi biznesin inkişafı üçün strateji rol oynayır. Məlumatların serverlərdə saxlanılması xidməti olan hostinq həlləri isə müasir kibertəhlükələr fonunda informasiyaların qorunması və effektiv idarəsi üçün əhəmiyyətlidir. Bu baxımdan hədəf auditoriyaya yaxın yerli serverlərin seçilməsi ən doğru texniki addım hesab olunur.
AZINCLOUD platformasının bizneslərə ölkə daxilində yerləşən serverlər vasitəsilə hostinq imkanları təklif etməsi məlumat ötürülməsini sürətləndirərək şəbəkə gecikmələrini minimuma endirir. "İstifadə etdiyin qədər ödə" modeli xüsusilə kiçik və orta sahibkarlar üçün xərcləri optimallaşdıraraq sərfəli imkanlar yaradır. Ana dilində interfeys, milli valyuta ilə ödəniş və əməliyyatların asanlıqla aparılma imkanları isə AZINCLOUD-u bizneslərin etibarlı rəqəmsal tərəfdaşına çevirir.
Qeyd edək ki, Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Əlavə məlumat üçün azincloud.az saytını ziyarət edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 İyul 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















